Baş Nazirdən qərar: "ETSN-in bir sıra işçiləri üçün geyim formaları hazırlanacaq
Baş Nazirdən qərar: "ETSN-in bir sıra işçiləri üçün geyim formaları hazırlanacaq"
"Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsviri və onların təchizat Norması" təsdiq edilib.
Bunu bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərar Prezidentin Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə"nin 5.16-cı bəndinə əsasən hazırlanıb. Qərar Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin ətraf mühitin mühafizəsinə dövlət nəzarətini həyata keçirən işçilərinin xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini və onların təchizat normasını müəyyən edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi iki ay müddətində xüsusi geyim formasının daşınması qaydalarını təsdiq etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməli, eləcə də Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu Qərarla təsdiq edilmiş normalar üzrə təminatın hər il 31 dekabr vəziyyətinə dair hesabatını növbəti ilin fevral ayının 15-dək Maliyyə Nazirliyinə təqdim etməlidirlər.
İşçilərinin xüsusi geyim forması ilə təmin edilməsi xərcləri dövlət büdcəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saxlanılması üçün nəzərdə tutulmuş vəsaitlər və "Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu"nun vəsaitləri hesabına həyata keçiriləcək. /oxu.az
Kurslar.az kurslar [newsid: 0-123300]

21 yaşlı oğlan bıçaqlandı - Hərbi qulluqçu saxlanıldı
Babək prospektində yanğın başladı – FOTOLAR
Çempionlar Liqası: "Sabah"ın 2-ci təsnifatdakı rəqibi bəlli oldu
DÇ-2026-nın bağlanış mərasimində iştirak edəcək məşhurlar müəyyənləşdi - FOTO
Qordon İlham Əliyevlə birgə fotosunu paylaşdı
Nihat Kahveci arvadını döydü, saxlanıldı
Etibarsız vəsiqə və 21 dəqiqəlik xəstəxana ziyarəti - "Arzum"un məhkəmə işində ŞOK DETALLAR
Slovakiya Prezidentinin şərəfinə rəsmi nahar verildi - FOTOLAR
TuranBank biznes üçün yerli valyutada beynəlxalq maliyyə cəlb edib
Yelo Bank-ın "Summer Challenge" yay təcrübə proqramı başladı - FOTOLAR
AccessBank 2026-cı ilin 1-ci yarısı üzrə maliyyə hesabatını açıqlayır
Cənubi Qafqazda yeni oyun: Zəngəzur dəhlizinin taleyi həll olunur
Çingiz Qurbanov vəzifəsindən azad edildi
ƏƏSMN-in rəqəmsal layihəsi beynəlxalq mükafata layiq görüldü