Baş nazirdən VACİB QƏRAR: İşsizliyə görə pul almaq asanlaşdı - VİDEO

Baş nazirdən VACİB QƏRAR: İşsizliyə görə pul almaq asanlaşdı - VİDEOİşsizlikdən sığrota pulu almaq istəyən vətəndaşların işi daha da asanlaşdı. Bundan sonra, vətəndaşa işsizlikdən sığorta təyin edildikdə həmin pul vətəndaşın işsiz olduğu tarixdən hesablanacaq.
azxeber.com xəbər verir ki, Nazirlər Kabineti "Sığorta ödənişinin verilməsi Qaydası"na dəyişiklik edilib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən sığorta ödənişinin hesablanması üçün sığortaolunanın itirilmiş orta aylıq əməkhaqqı onun "Məşğulluq haqqında" Qanunla müəyyən olunmuş qaydada işsiz kimi qeydiyyata alınmasından əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləğini 12-yə bölməklə yox, sığorta hadisəsinin baş verdiyi tarixdən başlanacaq.
Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı "Xəzər Xəbər"ə bildirib ki, əvvəlki qaydaya əsasən işsizlərə işsizlikdən sığorta pulu onun işsiz olması tarixindən deyil, işsiz kimi qeydiyyata alınmasından sonra verilirdi. Bu da işsizin bir neçə ayın pulunu itirməsi demək idi. Ancaq yeni tətbiq ediləcək bu qayda vətəndaşın xeyrinə olacaq.
Qurum rəsmisi deyib ki, bu ilin əvvəlindən İşsizlikdən sığrota haqqında qanuna edilən dəyişiklk işsizlikdən sığorta ödənişinin təyin olunması şərtlərini bir qədər yumşaldıb. İndiyədək qüvvədə olan qaydalara əsasən işsiz o vaxt minimum sığorta ödənişi ala bilərdi ki, onun işsizliyin başlanmasından əvvəlki ardıcıl gələn 36 təqvim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 35 ay sığorta stajı olsun. İndi isə bu müddət 35 deyil, 30 aya endirilib.
Qeyd edək ki, sığorta ödənişi işəgötürən ləğv edildikdə, ştat ixtisarı edildikdə və müddətli əmək müqaviləsinin müddətinin bitməsi ilə əlaqədar vətəndaş işdən azad olunduqda ödənilir. İşsizlikdən sığorta ödənişi hüququnun yoxlanılması üçün vətəndaşlar ilk olaraq Məşğulluq altsistemində işsiz kimi qeydiyyata alınmalıdır. Daha sonra isə vətəndaş üçün münasib iş seçmək və ya digər məşğulluq istiqamətlərinə vətəndaşı yönləndirmək mümkün olmadığı hallarında onun işsizlikdən sığorta hüququnun yoxlanılması prosesi həyata keçirilir.

Sosial       Tarix: 18 aprel 2022
f Paylaş

Oxşar xəbərlər

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Dünya bazarında neft bahalaşdı

Dünya bazarında neftin qiymətində artım qeydə alınıb. xəbər verir ki, ICE London birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 68 sent bahalaşaraq 95,33 dollara yüksəlib. NYMEX birjasında isə "Light"

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Gəncədə iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. " "a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki "VAZ 2107" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler azerbaycan xeberleri yeni xeberler bugun xeberler son.xeber son xabarlar azerbaycan son xeber bugun