Baş Prokurorluqda YENİ TƏYİNATLAR
Baş Prokurorluqda YENİ TƏYİNATLAR
Baş Prokurorluğun yeni strukturunun yaradılması ilə əlaqədar kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Qurumun mətbuat xidmətindən bildirilib ki, Baş prokurorun imzaladığı müvafiq əmrlərlə Elnur Musayevə yeni yaradılmış Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib, Ramil Məcidov Baş Prokurorluğun Dövlət Təhlükəsizliyi, fövqəladə hallar və sərhəd xidməti orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Aynur Osmanova Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları idarəsinin rəisi, Ceyhun Kazımov yeni yaradılmış Baş Prokurorluğun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, Erkin Əlixanov yeni yaradılmış Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəisi, Vüqar Əliyev isə yeni yaradılmış Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin rəisi vəzifələrinə təyin ediliblər.
Baş prokurorun imzaladığı digər əmrlərlə Fərid Nağıyevə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin rəisi vəzifəsinin icrası həvalə edilib, Zamir Mahmudov Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Mütəxəssis təhlilləri şöbəsinin rəisi, Kamal Talıbov Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin Kriminalistika şöbəsinin rəisi-idarə rəisinin müavini, Mehman Hümmətov Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, İsfəndiyar Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsinin rəis müavini, Əmir Ocaqverdiyev isə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin rəis müavini vəzifələrinə təyin ediliblər.
Prokurorluq orqanlarında struktur islahatlarının həyata keçirilməsi və kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb