Baş Qərargah rəisinin Serbiyaya rəsmi səfəri başladı
Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Milan Moysiloviçin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan MN məlumat yayıb.
Məlumata görə, əvvəlcə Belqrad şəhərində yerləşən Taşmaydan parkında Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə əklil qoyulub, xatirəsi ehtiramla yad edilib. Sonra Serbiya şairi və yazıçısı Milorad Paviçin heykəli ziyarət olunub, önünə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.
Serbiya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahında Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi keçirilib. Fəxri qarovulun qarşısından təntənəli keçiddən sonra Azərbaycan və Serbiyanın Dövlət himnləri səsləndirilib.
General-polkovnik K.Vəliyevin serbiyalı həmkarı ilə görüşü keçirilib.
Görüşdə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Dana sonra general-polkovnik K.Vəliyev Serbiya Respublikasının müdafiə naziri cənab Bratislav Qaşiç ilə görüşüb.
Müdafiə naziri ilə görüşdə hər iki ölkə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığa dair müzakirələr aparılıb.
Qeyd edilib ki, keçirilən görüşlərdə Azərbaycan Respublikasının Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasıyev də iştirak edib.
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin Serbiyaya səfəri davam edir.
Kurslar.az kurslar [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı