"Baş verənlər ABŞ-ın öz əleyhinə çevriləcək" - AÇIQLAMA

" class="imgbcode" />"Qərbin Ermənistanı silahlandırması Azərbaycana qarşıdır və bununla ölkəmizi Ermənistanın "gündəliyi" əsasında sülhə məcbur edirlər".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Əlavə edib ki, hətta Nikol Paşinyan Azərbaycanın Ermənistanın şərtləri daxilində sülhə imza atmalı olduğunu bildirib: "Azərbaycanın buna getməyəcəyi aydındır. Göründüyü kimi, Paşinyan Azərbaycana qarşı konkret olaraq Qərbin əliylə təzyiq mexanizmləri formalaşdırmaq və Azərbaycanı sülhə məcbur etmək niyyətindədir. Ona görə də Ermənistan silahlandırılır.
Bunun baş verməsi həm də Rusiyanın mövqeyinin zəifləməsinə xidmət edir. Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi bağlanmadığına görə Ermənistan tərəfi konkret olaraq Azərbaycana qarşı yeni hərbi təxribatlara əl ata bilər.
Ümumiyyətlə, ABŞ-ın Azərbaycana qarşı bu qərəzinin arxasında İran faktoru dayanır. ABŞ Zəngəzur dəhlizinin İran ərazisindən keçən hissəsini qəti şəkildə qəbul etmir. Buna görə də ABŞ Ermənistanın "gündəliyi" ilə çıxış edir, Ermənistanın "dünyanın kəsişməsi" adı altında planını dəstəkləyir. Ona görə də Azərbaycana ciddi təzyiq etməyə çalışır. ABŞ hesab edir ki, Azərbaycan İran və Rusiyayla ortaq çalışır və Zəngəzuru hərbi əməliyyatla götürmək istəyir. Azərbaycan tərəfi isə artıq Zəngəzur dəhlizinin Azərbaycan üçün cəlbedici olmadığını vurğulayıb.
Buna baxmayaraq, ABŞ Azərbaycana qarşı təhdidlər yaradır. Hesab edirəm ki, burada erməni lobbisi, islamafobiya və türkçülük əsas rol oynayır. Türkiyənin Azərbaycanla koordinasiyalı fəaliyyəti 2-ci Qarabağ müharibəsində öz bəhrəsini verib. Bundan sonra yaranan geosiyasi reallıqları ABŞ Cənubi Qafqazda öz strateji planlarına zidd hesab edir. Türkiyənin burada əhəmiyyətli dərəcədə mövqeyinin güclənməsi qəbul edilmir. Erməni lobbisinin təsiri ilə öz geosiyasi maraqlarını da qurban verir. Ümumiyyətlə, ABŞ regionda yaranan türk-islam, xüsusilə Türkiyə-Azərbaycan birliyinin formalaşmasını qəbul etmir.
Halbuki Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinə dəstək versəydi, ikitərəfli danışıqlara əvvəlki kimi praktik yanaşsaydı, regiona sülh gələr, Rusiya da buradan çıxardı, ABŞ-ın da geosiyasi mövqeyi güclənərdi. Türkiyənin də rolu əlbəttə ki, əhəmiyyətli dərəcədə artardı.
Amma göründüyü kimi, ABŞ-ın erməni sevgisinin arxasında həm də Azərbaycanın türk dövləti olması dayanır. Görünür, ABŞ ermənilərə üstünlük vermək strategiyasına malikdir. Təbii ki, baş verənlər ABŞ-ın öz əleyhinə çevriləcək və Azərbaycan strateji planlarından əl çəkməyəcək. Azərbaycan qalib ölkədir və düşünürəm ki, regionda yaranan geosiyasi vəziyyəti ABŞ və Ermənistan da qəbul etməyə çalışacaq".
Politoloq hesab edir ki, bölgədə çox ciddi proseslər gedir, Qərb və Ermənistan burada yeni düzən yaratmağa çalşır: "Onlar istəyirlər ki, Ermənistan üzərində İranın, Türkiyənin və Rusiyanın rolu əngəllənsin. Azərbaycanla Ermənistanı eyni tərəzinin gözünə qoysunlar. Məqsəd isə Azərbaycana təzyiq və Ermənistana "stavka" etməklə regionda öz geosiyasi mövqeyini qorumaqdır".
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 24 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Sahibə Qafarova Azərbaycanı Qazaxıstanda beynəlxalq tədbirdə təmsil edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın paytaxtı Astanada "Aqaba Prosesi" çərçivəsində keçirilmiş görüşdə iştirak edib. Bu barədə -a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məluma

Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana səfər etməyi planlaşdırır. Son günlər Azərbaycan-Türkiyə münasibətləri ilə bağlı sosial şəbəkələrdə müxtəlif müzakirələ

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Prezident və xanımı Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında - FOTOLAR

 "Azərsun Holdinq"in müşahidə şurasının sədri Tahir Gözəl dövlət başçısına və birinci xanıma müəssisə barədə məlumat verdi. Bildirildi ki, Holdinq tərəfindən Şərqi Zəngəzur iqtisadi rayonunda yaradılan bu müəssisəd

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı 

ABŞ, Azərbaycan və Ermənistan hökumətləri Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) həyata keçirilməsini sürətləndirmək məqsədilə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətinə başlayıblar. -a istinadə

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son xəbər cəbhədən son durum kriminal xeber xeberler azerbaycan