Batrakovun transfer qiyməti açıqlandı
"Qalatasaray"ın heyətinə qatdığı rusiyalı futbolçu Aleksey Batrakovun mümkün transferi ilə bağlı diqqətçəkən məqam ortaya çıxıb.
KONKRET.az milli.az-a istinadla xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçinin meneceri Vladimir Kuzmiçev "RİA Novosti"yə açıqlamasında onun müqaviləsindəki sərbəstqalma bəndinin 55 milyon avro olduğunu açıqlayıb.
Agentin sözlərinə görə, hələlik Avropanın aparıcı komandalarından futbolçu ilə bağlı konkret təklif və ya maraq qeydə alınmayıb. O hesab edir ki, digər klublar Batrakovun Türkiyə çempionatındakı çıxışını izləmək və yeni mühitə uyğunlaşmasını qiymətləndirmək üçün zamana ehtiyac duyurlar.
Kuzmiçev həmçinin bir neçə oyunun futbolçunun potensialı barədə yekun fikir formalaşdırmaq üçün yetərli olmadığını bildirib.
Xatırladaq ki, "Qalatasaray" Aleksey Batrakovu 2026-cı ilin yayında Moskva "Lokomotiv"indən 25 milyon avroya transfer edib. Tərəflər arasında imzalanan müqavilə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Razılaşmaya əsasən, oyunçunun növbəti satışından əldə ediləcək məbləğin 15 faizi "Lokomotiv"indir.

Ərdoğanın gözlənilən Bakı səfəri – İki nəticə çıxarmaq olar
Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi
Elektron qeydiyyat güzəşti yalnız MMC-lərə şamil oluna bilər
Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
Ərdoğanın səfəri hansı mesajları verir? – Politoloqdan AÇIQLAMA
Sahibə Qafarova Qazaxıstana səfər edib
Zülfiyyə Xanbabayeva "Bir nəfəs qədər" klipini təqdim etdi
İlham Əliyevdən həmkarına təbrik
Prezident qanuna dəyişiklikləri təsdiqlədi
PAŞA Bank növbəti ağacəkmə aksiyasında iştirak edib
Unibank ağacəkmə kampaniyasında iştirak edib
Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 gün faizsiz nağd kredit
"Yaşa görə pensiyaların orta məbləği 680 manat proqnozlaşdırılır
"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur