Bavariyada "Z" işarəsi qadağan olundu - QƏRAR
Bavariyada Putinin Ukraynadakı müharibəsinin simvolu olan "Z" işarəsinin kütləvi nümayişi cinayət xarakteri daşıyacaq.
KONKRET.az www.germania.one-ə istinadən xəbər verir ki, bu barədə Bavariyanın ədliyyə naziri Georq Eyzenrayx bildirib. Onun sözlərinə görə, "Bavariya prokurorluğu Ukraynada beynəlxalq hüququ pozan aqressiv müharibəni açıq şəkildə dəstəkləyən vətəndaşlara qarşı ardıcıl tədbirlər görəcək".
Eyzenrayx vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putin Ukrayna xalqına dəhşətli əzab verən cinayətkar müharibəyə başlayıb. Onun sözlərinə görə, Bavariya beynəlxalq hüququ pozan cinayətləri qəbul etmir, ona görə də Bavariya məhkəmə sistemi bunu diqqətlə izləyir: "Söz azadlığı konstitusiyamızın böyük sərvətidir. Almaniyada hər kəsə öz fikrini bildirməyə icazə verilir. Amma söz azadlığı cinayət hüququnun başladığı yerdə bitir".
Natiq Səlim,
KONKRET.az

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti