Bayden: "İranda etirazlar uzun müddət davam edəcək"
ABŞ Prezidenti Co Bayden İranda etirazların uzun müddət səngiməyəcəyinə inanır.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, Bayden Kaliforniya ştatında aksiya iştirakçılarına qarşı zorakılıq tətbiq edilməsinin əleyhinə çıxış edib:
"Mən uzun müddətdir ki, xarici siyasətlə məşğulam. Məhsa Əmininin ölümü ilə başlanan etirazlar düşünürəm ki, uzun müddət səngiməyəcək".
O, dünyanın hər yerində qadınların müxtəlif təqiblərə məruz qaldığını vurğulayıb.
"Aksiyalarda üzərində "İrana azadlıq" yazılmış plakatlar var. Biz İran vətəndaşlarını və cəsur qadınlarını dəstəkləyirik. Həqiqətən həm kişilər, həm də qadınlar söz və sərbəst toplaşmaq azadlığına malik olmalıdırlar", – deyə o əlavə edib.
Qeyd edək ki, sentyabrın 17-də İranda 22 yaşlı Məhsa Əmininin dəfnindən sonra etirazlar başlayıb. Sosial şəbəkələrdə Əmininin polis tərəfindən döyülməsi ilə bağlı görüntülər yayılıb.
İqbal Rzayev,
KONKRET.az

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü