Bayden nə danışdığını unutdu: "Nano, nano... bilmirəm..." - VİDEO
Bayden nə danışdığını unutdu: "Nano, nano... bilmirəm..." - VİDEO
Ağ Ev Co Baydenin yenidən prezidentliyə namizədliyini irəli sürmək niyyətində olduğunu təsdiqləyib. Baxmayaraq ki, o, bunu yenidən ailəsi ilə müzakirə edəcəyini və nəhayət, gələn ilin əvvəlindən tez olmayaraq qərarı açıqlayacağını bəyan edib.
Bu arada, Oval Ofisin yaşlı sahibinin sağlamlıq vəziyyəti və yaddaşı bir çox amerikalıları narahat edir.
Sosial şəbəkələrdə bununla bağlı ən son epizodun görüntüləri paylaşılıb. Belə ki, jurnalistlər qarşısında çıxış edən Bayden elektronika sənayesinin inkişafı haqqında danışarkən nə dediyini yaddan çıxardıb.
"Feniksdə ikinci fabrik tikiləcək ki, çiplər, üç nanoçip, üç nanoçip, çiplər, hansı ki... onsuz da, siz bilirsiniz ki, mən nədən danışıram. Nano-nano, bilmirəm", - ABŞ prezidentinin fikri dolaşıb.
Qeyd edək ki, bu, Baydenin ilk unutqanlığı deyil. Bir dəfə o, hətta rəhbərlik etdiyi ölkənin adını yaddan çıxarıb. Ağ Ev rəhbəri bəzən özünün ABŞ-nin dövlət başçısı olduğunu xatırlamayıb, vitse-prezident Kamala Harrisi "prezident", özünü isə gah birinci vitse-prezidentin əri, bəzən də senator kimi təqdim edib. / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR