Bayden nələr edəcək? - Azərbaycan, Türkiyə, Ermənistan və İran... - Ekspert DETALLARI AÇDI

Bayden nələr edəcək? - Azərbaycan, Türkiyə, Ermənistan və İran... - Ekspert DETALLARI AÇDIBu gündən ABŞ prezidenti kürsüsünə Co Bayden əyləşir. Ən azı 4 il onu bu kürsüdə görəcəyik.
Sələfi Donald Trampı "taxtından" salan irland əslli lider Azərbaycan, Türkiyə, Cənubi Qafqaz, ümumilikdə region üçün nələr vəd edir? – Baydenin ermənipərəst olduğunu deyənlər və düşünənlər də az deyil. O, İran, Qarabağ, Əfqanıstan konteksində Azərbaycana qarşı siyasətində hansı fərqli baxış bucağı sərgiləyəcək? Türkiyə ilə "S-400-"İncirlik" çəkişməsi"nə Bayden nöqtəmi qoyacaq, yoxsa vergülmü?
Suallar çoxdur, bilirəm, siz də mənimlə eyni fikirdəsiniz. Sualları bu dəfə politoloq İlqar Vəlizadə cavabladı. O, Publika.az-a müsahibəsində bildirdi ki, ABŞ Suriyaya yenidən qayıdacaq. Qarabağa isə… Çox uzatmadan, müsahibəyə keçək:
- Co Bayden bu gündən başlayaraq ən azı dörd il müddətində okeanın o tayında hökmranlıq edəcək. Yeni Birləşmiş Ştatlar Prezidentinin Cənubi Qafqaz və region müstəvisində Azərbaycana münasibəti hansı formada inkişaf edəcək?
- Co Bayden regionla tanış olan bir siyasətçidir. Cənubi Qafqazda gedən proseslərə bələd olan insandır. Çox güman ki, ənənəvi siyasət aparacaq. Amerika Birləşmiş Ştatları enerji sektoru ilə bağlı faktorlara daha böyük önəm verəcək. Təhlükəsizlik faktorlarını diqqətdə saxlayacaqlar. Ölkəmizlə münasibətlərdə Əfqanıstan mövzusu yenə də ABŞ üçün xüsusi və vacib yer tutacaq. Azərbaycana Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə münasibətlər prizmasından baxılacaq. Eyni zamanda, İran prizmasından baxılması da düşünüləndir. Yəni, Azərbaycan Birləşmiş Ştatlar üçün vacib, son dərəcə önəmli oyunçudur.
- Yəni, elə bir rakurs, baxış dəyişikliyi olmayacaq?
- Bilirsiniz, burada müəyyən sistem formalaşıb. Həmin sistem üzrə də Azərbaycan-Amerika Birləşmiş Ştatları münasibətləri formalaşıb. Hər halda bu sistemə əl gəzdirilməyəcək. Bayden demokratiyadan çox danışır. Demokratik prinsiplərin tətbiqi məsələsinin üzərinə çox vurğu vurur. Düşünürəm ki, bu siyasətin reallaşması insan hüquqları, demokratiya aksentləri üzərindən olacaq. Yəni, bu da ənənəvi yanaşmadır. Fikrimcə, sələfi Donald Tramp dönəmində bu yanaşma arxa plana keçibsə, Bayden dönəmində ön plana çıxacaq.
- Bəs Türkiyə-ABŞ münasibətləri Bayden dönəmində necə inkişaf edəcək? S-400 problemi var, sanksiya məsələsi də həmçinin...
- Çox güman ki, Tramp dönəmindəki gərginliklər yenə də qalacaq. Başqa formada olacağı, amma qalacağı ehtimal olunur. Bilirsiniz, Bayden diplomatdır. Türkiyə ilə münasibətlərdə daha çox diplomatik təzyiq mexanizmlərindən istifadə ediləcək, nəinki, siyasi-populist ritorikadan. Bu siyasi-populist ritorika ola bilər ki, arxa plana keçsin. Vaşinqton da başa düşür ki, Ankara onun NATO üzrə müttəfiqidir. Ümumiyyətlə, NATO çərçivəsində Amerika öz fəaliyyətini dəyişdirəcək. Yenə də müttəfiqlərlə işləyəcək. O cümlədən, Türkiyə ilə də işləməyə davam edəcək. Yaddan çıxarmayaq ki, Türkiyədə Amerikanın İncirlik bazası var. Çox güman ki, Amerika bu bazanı saxlamaq niyyətindədir. Tramp administrasiyası dönəmində belə fikirlər var idi ki, ABŞ-ın Türkiyədəki mövcudluğunu azaltmaq lazımdır. Burada Bayden dəst-xətti olmayacaq. Əksinə, çalışacaqlar ki, regional məsələlərdə Türkiyənin rolundan daha çox istifadə etsinlər.
- Məhz bu konteksdə Suriya məsələsində hər hansı bir dəyişiklik olacaqmı?
- Çox güman ki, Amerika Suriyaya qayıdacaq. ABŞ-ın Suriyaya qayıdışı məhz bu məsələdə Türkiyə amilindən istifadədən keçir.
- Belə bir fikir də səsləndirilir ki, Bayden ermənipərəstdir. Bu fondan baxsaq, Baydenin Qarabağ münaqişəsinə baxışı, təsiri necə olacaq?
- Barak Obamanı da deyirdilər ki, ermənipərəstdir. Bayden də Obamanın dəstəsindən çıxmış bir siyasətçidir. Amma "soyqırımı" qətnaməsi ilə bağlı məsələ Obamanın deyil, Trampın vaxtında baş verdi. Baxmayaraq ki, Trampı heç kəs ermənipərəstlikdə ittiham eləməmişdi. Yəni, burada birmənalı nəsə demək düzgün deyil. Çünki bunlar real siyasətçilərdir. Faktiki olaraq erməni faktoru regionda zəifləyib. Heç kəs bu faktordan indiyə qədər faydalı şəkildə istifadə etməyib. Düzdür, erməni faktoru daxili siyasətdə müəyyən rol oynayır. Misal üçün, diaspor məsələsini buraya aid etmək mümkündür. Amma ABŞ liderləri daha çox real siyasətə üstünlük verən insanlardır. Ona görə də düşünürəm ki, erməni faktoru Bayden dönəmində qabardılmayacaq. Ən azından yaxın illərdə...
- Gərginləşən Rusiya-Birləşmiş Ştatlar münasibətləri fonunda Baydenin hansı addımlar atacağını proqnozlaşdırırsınız?
- Co Bayden Rusiya ilə siyasətdə sərt dəst-xətt aparacaq. Onun komandasında elə insanlar təmsil olunur ki, vaxtilə Barak Obama dönəmində bu sərt siyasəti həyata keçirirdilər. Çox güman ki, yenə də Ukrayna məsələsi gündəmə gələcək. Tramp çalışırdı ki, Ukrayna məsələsini çox qabartmasın. Fikrimcə, Bayden dönəmində bu məsələ Rusiya ilə münasibətlər fonunda diqqətdə saxlanılacaq. Hətta qabardılacaq. Burada da nəyisə birmənalı demək mümkün deyil. Çünki Tramp zamanında ABŞ bir çox sazişdən çıxıb. Strateji hücum silahlarından imtina sazişi var idi, o sazişdən Birləşmiş Ştatlar imtina etdi. Bundan başqa, Vaşinqton açıq hava məkanı sazişindən də çıxdığını bildirib. Bunlar Rusiya ilə imzalanan sazişlərdir. Amerikanın çıxdığı və beynəlxalq təhlükəsizliyə təsirini göstərən sazişlərlə bağlı ABŞ yenidən Rusiya ilə danışıqlara gedəcək. Üzümüzə gələn dönəmlərdə bunun baş verməsi gözlənilir. Hətta yeni çərçivə sənədinin imzalanmasını da gözləmək olar.
- İlqar müəllim, 44 günlük müharibədə ABŞ-ın başı özünə, daxildəki ab-havaya, seçkilərə qarışmışdı. Müharibənin gedişində və post-müharibə dövründə münaqişənin həlli ilə bağlı daha çox Kreml fəallıq göstərdi. Necə düşünürsünüz, Bayden dönəmində Vaşinqton Qarabağ məsələsi ilə bağlı hansı addımlar ata bilər?
- Müəyyən aktivlik olacaq. Baxın, illər keçib, 30 ilin təcrübəsi göstərir ki, ABŞ-ın bu məsələdə aktivliyi siyasi-diplomatik müstəvidə olub. Real olaraq Birləşmiş Ştatlarının və Avropanın digər oyunçularının bu məsələyə müdaxilə etmək imkanları azdır. Ona görə də düşünmürəm ki, Qarabağ məsələsinin həlli prizmasında Amerikanın rolu dəyişəcək. Bu, real görünmür.
Tural Turan


Dünya     Baxılıb: 281   Tarix: 21 yanvar 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı

Ötən sutka ərzində yoluxma sayı 829 minə yaxınlaşdı

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 829 min nəfərə yaxın olub. pandemiyanın onlayn statistikasını aparan " saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 828 min 925 nəfə

Qumbaraya oxşayan nəsnəyə görə 10 nəfər TƏXLİYƏ EDİLDİ

Moskvanın şimalında qumbaraya bənzər obyektə görə 10 nəfər evlərindən təxliyə edilib. xəbər verir ki, bu barədə "RİA Novosti"yə ölkənin Fövqəladə Hallar Xidmətinin sözçüsü məlumat verib. Onun sözlərinə görə, Şimal-Şər

Moskvadan Bakı və İrəvanla bağlı KRİTİK AÇIQLAMA: "Vahid paket tamamlanır"

"İrəvanla Bakı arasında kommunikasiyanın açılmasına dair vahid sənədlər paketi tamamlanma mərhələsindədir". xəbər verir ki, bunu TASS-a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.

ABŞ-dan Gürcüstana tənqid: Narahatlıq doğurur

"Məhkəmə sistemi və ya müstəqil nəzarət orqanları kimi demokratik təsisatları zəiflədən addımlar Gürcüstanın NATO və Avropa İttifaqına daxil olmaq istəklərini sarsıdır". bu barədə ABŞ-ın Gürcüstandakı Səfirliyinin

Paşinyanla İran prezidenti arasında telefon danışığı oldu

Ermənistan Baş naziri Nikol Paşinyan və İran prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub. xəbər verir ki, telefon danışığı zamanı həmsöhbətlər Ermənistan-İran münasibətlərinin inkişafı ilə bağlı bir sıra məsələlər

Türkiyə Ordusu çox sayda terrorçunu zərərsizləşdirdi

"Sülh Çeşməsi", "Zeytun Budağı" və "Fərat Qalxanı" əməliyyat bölgələrində təxribat atəşi açan və əraziyə sızmağa cəhd edən 6 PKK/YPG terrorçusu zərərsizləşdirilib. xəbər verir ki, bu barədə Türkiy

Qazaxıstanda yanacağın qiyməti 2 dəfə bahalaşdı

Qazaxıstanda maye qazın qiyməti bahalaşıb. xəbər verir ki, hökumətin qərarı ilə ölkədə maye qazın tənzimlənən qiyməti 1 litrə görə 60 təngədən 120 təngəyə qaldırılıb. Bildirilib ki, qiymət artımı Mangistau əyalətində etirazlar

Tacikistanda 4,2 bal gücündə zəlzələ oldu

Tacikistanda 4,2 bal gücündə zəlzələ baş verib. -ıın Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri əhalisi təxminən 11 min nəfər olan Murqob şəhərindən 69 kilomet


tezbazar yeni xeberler son xeberler azerbaycan xeberleri oxu.az xeberler son xeberler bugun bugünkü son xəbərlər son xəbər