Bayden: "Putin hakimiyyətdə QALMAMALIDIR"
"Putin hakimiyyətdə qalmamalıdır".
KONKRET.az xəbər verir ki, bunu artın 26-da Varşavada çıxış edən ABŞ prezidenti Co Bayden deyib. O qeyd edib ki, Rusiya diktatoru Vladimir Putin hakimiyyətdə qalmamalıdır, o, bütün avtokratlar kimi, kim daha güclüdürsə, o, haqlı olduğuna inanır.
Ağ Ev rəhbəri vurğulayıb ki, Zelenski qanuni seçilmiş prezidentdir, babası nasist Almaniyasına qarşı vuruşmuşdur. Və onun ailəsi Holokostdan qaçıb.. Putinin özü isə "qarşısına nail ola bilməyəcəyi məqsəd qoyub".
"Biz ukraynalıların xalqın birliyinin bir qəddar diktatorun planlarından daha güclü olduğunu necə nümayiş etdirdiyini görürük. Çoxdan keçmiş imperiyanı bərpa etməyə çalışan diktator öz məqsədlərinə çatmayacaq, çünki insanlar onun aləmində yaşamaq istəmir. Azad insanlar bunu heç vaxt dəstəkləməyəcəklər. Azad insanlar qaranlığın hökm sürdüyü dünyada yaşamaqdan imtina edirlər. Biz işığa, demokratiyaya, fürsət azadlığına çalışırıq", – deyə Bayden bildirib.
Eyni zamanda o, əlavə edib ki, "bu adam hakimiyyətdə qalmamalıdır".
Baydenin bu bəyanatı Amerikanın Moskvaya münasibətində əhəmiyyətli dəyişikliyi əks etdirir.
ABŞ rəsmiləri daha əvvəl bildiriblər ki, Putini hakimiyyətdən uzaqlaşdırmaq onların məqsədi deyil.
Dövlət katibi Entoni Blinken bu ayın əvvəlində deyib: "Bizim üçün bu, rejim dəyişikliyi ilə bağlı deyil. Rusiya xalqı kimə rəhbərlik etmək istədiklərinə qərar verməlidir".
Daha sonra Ağ Ev Baydenin "Putin hakimiyyətdə qalmamalıdır" sözlərini izah edib.
"Bayden Rusiyada rejimin dəyişdirilməsinə çağırış etməyib", – Ağ Ev bildirib.
Xuraman Etibarlı,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti