Bayden: "Ukraynada baş verənlər 21-ci əsrin tarixini dəyişəcək"
ABŞ prezidenti Co Bayden Ukraynanın xarici işlər və müdafiə nazirləri ilə söhbətə qatılarkən əmin edib ki, Birləşmiş Ştatlar qələbəyə qədər Ukraynanın yanında olacaq.
KONKRET.az Ukrayna mediasına istinadən xəbər verir ki, bunu xarici işlər naziri Dmitri Kuleba özünün "Facebook" səhifəsində yazıb.
"O, bizimlə iki səbəbə görə görüşdü – prezident Zelenski ilə dialoqunu inkişaf etdirmək üçün, həm də ona görə ki, o, bizim simamızda Rusiya təcavüzkarına müqavimət göstərən bütün ukraynalılara – mənə və Aleksey Reznikova öz hörmətini və heyranlığını ifadə etmək istəyirdi", – deyə nazir vurğulayıb.
O, həmçinin tərəflərin Mariupol haqqında çox ətraflı danışdıqlarını bildirib.
"Mən istəyirəm ki, hazırda Mariupolu müdafiə edən hər kəs bilsin ki, tərəfdaşlarımızla birlikdə sizə kömək etmək üçün əlimizdən gələni edirik", – XİN rəhbəri əmin edib.
Kulebanın sözlərinə görə, o, prezident Baydenin ifadə etdiyi iki mesajı açıq şəkildə paylaşa bilər:
"Biz 2014-cü ildən bəri deyirik ki, bu, Rusiyanın Ukraynaya qarşı müharibəsi deyil, bu, azad dünyaya qarşı tiranlıq müharibəsidir və bu gün prezident Bayden bunu söyləyib: "Ukraynada baş verənlər 21-ci əsrin tarixini dəyişəcək. Və biz birlikdə çalışacağıq ki, bu dəyişiklik Ukrayna və demokratik dünyanın xeyrinə olsun". İkincisi, prezident Baydenin sözləridir ki, Birləşmiş Ştatlar bizim qələbəmizə qədər qətiyyətlə Ukraynanın yanında olacaq. Heç nə ABŞ-ı Ukraynadan uzaqlaşdıra və ya Ukraynaya dəstəyi zəiflədə bilməyəcək. Əksinə, bu dəstək daha da artacaq", – deyə Ukrayna diplomatiyasının rəhbəri qeyd edib.
Natiq Səlim,
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti