Baydenin köməkçisi Ərdoğanın nümayəndəsi ilə Azərbaycan-Ermənistan sülh danışıqlarını müzakirə etdi
ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar günü İstanbulda Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalınla görüşərək Ukrayna ətrafındakı vəziyyəti, Kiyevə dəstəyi, Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, eləcə də Finlandiya və İsveçin NATO-ya qoşulması prosesini müzakirə edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
"Onlar Rusiyanın təcavüzü qarşısında Ukraynaya davamlı dəstəyi müzakirə ediblər, o cümlədən Rusiyanın Ukrayna ərazilərini qanunsuz ilhaq etmək cəhdlərini pisləyiblər", – açıqlamada qeyd olunur.
"Sallivan Türkiyənin Ukrayna taxılının ixracını asanlaşdırmağa yönəlmiş yardım vasitəsilə dünyada ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyəti yaxşılaşdırmaq səylərinə görə minnətdarlığını bildirib", – açıqlamada deyilir. Bundan əlavə, Amerika Prezidentinin köməkçisi Türkiyə tərəfinə Rusiyada saxlanılan iki Amerika vətəndaşının azad edilməsi ilə bağlı diplomatik işlərə görə minnətdarlığını bildirib.
"Onlar həmçinin regional təhlükəsizlik məsələlərini, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına dəstəyi, Şərqi Aralıq dənizində hər hansı fikir ayrılığının həlli üçün dialoq və diplomatiyanın vacibliyini, eləcə də Finlandiya və İsveçin NATO-ya üzvlüyü istiqamətində irəliləyişi müzakirə ediblər", – Ağ Evdən əlavə edilib.

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü