Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilər

Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilərABŞ COP29 iqlim konfransında karbon vergisi (karbon qazı emissiyalarına görə vergi) ilə bağlı əhəmiyyətli irəliləyişin əldə olunacağından əmindir.
azxeber.com xəbər verir ki, bu barədə ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
"COP28-in əsas nəticələrindən biri dünyanın XXI əsrin ortalarına qədər xalis sıfır emissiyaya çatması üçün bütün ölkələrin iqtisadi səviyyələrinə uyğun istixana qazlarını azaltmaq üzrə razılaşdırılmış öhdəliklər götürmələri barədə qərar oldu. Vaxt çərçivələri ölkələrdən asılı olaraq dəyişir: ABŞ, Avropanın böyük hissəsi, Yaponiya və bir çox başqa ölkələr 2050-ci ili hədəfləyir, Çin isə 2060-cı ilə qədər xalis sıfır emissiyanı hədəfləyir. Lakin bu məqsədlərə nail olmaq üçün tədbirlər kompleksi milli şəraitdən asılı olacaq", – o deyib.
Podesta həmçinin vurğulayıb ki, Paris Sazişinin karbon bazarları və karbon ticarəti ilə bağlı 6-cı maddəsi COP konfranslarında əsas məsələlərdəndir.
"Ölkələrə karbon emissiyalarının azaldılması ilə bağlı ticarətin uçotunu aparmağa imkan verən, eləcə də etibarlı özəl sektor karbon bazarlarının yaradılmasını təşviq edən 6-cı maddə müzakirələrin mərkəzindədir. Bu bazarlar emissiyaların azaldılmasının maliyyələşdirilməsi və dayanıqlılıq, adaptasiya və təbiətin qorunmasına investisiyalar üçün istifadə edilə bilər. Gündəlikdəki əsas məsələlərdən biri ilə bağlı artıq xeyli irəliləyiş əldə etmişik və ikincinin həllinə doğru gedirik. Bu, inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli investisiyalar cəlb edə, meşələrin mühafizəsini dəstəkləyə, emissiyaları azalda və bərpa olunan enerji mənbələrinə keçidi təmin edə bilən Paris Sazişində vəd edilmiş karbon bazarı rejiminin yaradılması istiqamətində mühüm addım olacaq", – Podesta əlavə edib.

Siyasi       Tarix: 12 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov

Asiyada NATO-nun analoqu olan hərbi alyans yaratmaq istəyirlər. axaraz-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. "Asiyada NATO modelində hərbi-siyasi blokun yaradılması artı

Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə istintaqda və məhkəmə prosesində onun ailə üzvləri də dindiriliblər. -ya istinadən xəbər verir ki, Ramiz Mehdiyevin qızı Kamilə Əliyeva ifadəsind

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:


son xeberler azerbaycan xeberleri yeni xeberler gunun xeberleri son xeberler bugun 2026 canli son xeberler bugun kriminal