Bayrağımızı yandıran Ermənistanda tanınmış şəxs imiş - FOTO
Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycanın dövlət bayrağı yandırılıb.
azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barbarlığı dizayner kimi tanınan Aram Nikolyan həyata keçirib.
Hər şey düşünüldüyü kimi bir anda baş verməyib. Belə ki, bayrağımıza qarşı hörmətsizlik daha öncədən planlaşdırılıb. Yayılan fotolardan aydın olur ki, Aram Nikolyan açılış mərasiminin keçirildiyi Karen Dəmirçiyan adına idman-konsert kompleksinə hazırlıqlı gəlib. O, əvvəlcə əlində tutduğu yandırıcı maddəni bayrağın üzərinə tökür, daha sonra isə alışqanla dövlət atributumuza alov vurur.
Sözsüz ki, bu, təhlükəsizlik tədbirlərinin ciddi şəkildə təşkil olunmamasının göstəricisidir. Belə çıxır ki, boynunda akkreditasiyası olan Aram Nikolyanın əlində alışqan əvəzinə, silah da ola bilərdi.
Baş verən hadisə bir daha göstərir ki, Ermənistan ciddi idman tədbirlərinə ev sahibliyi etməyə hazır belə deyil.
Digər maraqlı məqam isə ondan ibarətdir ki, açılış mərasiminə Ermənistanın Baş naziri Nikol Paşinyan da qatılıb. Yəni, bu barbarlıq elə Paşinyanın gözü qarşısında baş verib.
O, utanmadan açılış mərasimində çıxışı zamanı deyib:
"Çempionat suveren müstəqil respublikanın himayəsi və bayrağı altında keçirilir. Ölkəmiz taleyin və tarixin yükünü götürməyə hazırdır".
Paşinyanın pafoslu çıxışının fonunda isə bütün dünya Ermənistanın bir bayrağın ağırlığı altında necə qaldığını görmüş oldu.
Bu məqamda 8 il əvvələ, Bakıda keçirilən Avropa Oyunlarına nəzər salmaqda fayda var. Belə ki, 2015-ci ildə paytaxtımızda keçirilən Birinci Avropa Oyunlarında boks üzrə medal qazanan Ukraynanı təmsil edən erməni idmançı azarkeşlər tərəfindən fitə basılsa da, Prezident İlham Əliyev bir jesti ilə buna qarşı çıxmışdı.
Ölkə başçısının addımı azarkeşlərin alqışları ilə müşayiət olunmuşdu.




Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir