Bayramovdan Mirzoyana CAVAB
"Məlumdur ki, Ermənistan Konstitusiyasında və bir sıra qanunvericilik aktlarında qonşu dövlətlərə, eləcə də Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Bu, məlum faktdır. Bu məsələ zaman-zaman qaldırılıb. Ermənistan cəmiyyətində diskusiyaların getməsi o anlama gəlir ki, onlar Ermənistan üçün zərərli tendensiya olmasını qəbul edirlər".
KONKRET.azxəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov macarıstanlı həmkarı Peter Siyarto ilə birgə brifinqdə Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın açıqlamasına münasibət bildirərkən deyib.
"Ermənistan XİN rəhbərinin Ermənistanla Azərbaycan arasında paralel yaratmaq cəhdinə gəldikdə, bu, həqiqətdən uzaqdır və qəbuledilməzdir. Azərbaycan qanunvericilik aktlarında ərazi iddiaları mövcud deyil. Burada paralellik yaradılması cəhdləri qəbuledilməzdir. Danışıqlar prosesində Ermənistan üçün uyğun olmayan məqamlar qabardılarkən Azərbaycanda bunun analoqu olmasa da, güzgü effekti yaratmaq cəhdləri görülür. Azərbaycan Konstitusiyasında bu cür məqamların olmaması açıq aydındır. Ermənistan hakimiyyəti özü də bunun heç bir əsasının olmamasından məlumatlıdır. Bu, sırf Ermənistanın daxili işləridir və daxili auditoriyaya yönəlib", – nazir əlavə edib. (Qafqazinfo)

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da