Bazarda qiymət oyunu: İstehsalçı qazanır, yoxsa vasitəçi?

Bazarda qiymət oyunu: İstehsalçı qazanır, yoxsa vasitəçi?Azərbaycanda bazarda rəqabətin zəif olması, məhsul və xidmətlərin müəyyən şirkətlərin nəzarətində cəmləşməsi qiymətlərin yüksəlməsinə və uzun müddət yüksək səviyyədə qalmasına şərait yarada bilər. Belə vəziyyətlərdə kiçik sahibkarların bazara çıxış imkanlarının məhdudlaşması, məhsulların istehsalçıdan istehlakçıya çatdırılması zamanı yaranan maneələr və vasitəçilərin çoxluğu da qiymətlərə təsir göstərir.
 Bəs süni qiymət artımının qarşısını almaq, sağlam rəqabət mühiti yaratmaq və istehlakçıların maraqlarını qorumaq üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib ki, rəqabət mühitinin zəif olmasını yalnız bazarın bir neçə şirkətin əlində cəmləşməsi və ya inhisarçılıqla əlaqələndirmək düzgün deyil.
Bazarda qiymət oyunu: İstehsalçı qazanır, yoxsa vasitəçi?Onun sözlərinə görə, rəqabətin əsasını məhsulların keyfiyyəti təşkil etməlidir. Eyni zamanda, bazarda məhsulun keyfiyyətindən əlavə, onun satışa çıxarılması və istehlakçıya çatdırılması ilə bağlı problemlər də nəzərə alınmalıdır.
"İlk növbədə bir məsələyə aydınlıq gətirim ki, rəqabət mühitinin zəif olması təkcə bazarın bir neçə şirkətin əlində cəmləşməsi, başqa sözlə, monopoliya ilə əlaqədar deyil. Rəqabət ilk növbədə məhsulun keyfiyyətinə əsaslanmalıdır. Digər məhsullardan keyfiyyət baxımından fərqlənməyən məhsulun rəqabətə davam gətirməsi də çətinləşir. Premium, tam orqanik və təbii məhsullar isə çox qısa müddətdə satıla bilir. Təbii ki, yüksək keyfiyyətli olduğu halda tarlada çürüyüb qalan, dəyər-dəyməzinə satılan məhsullar da var", – deyə ekspert vurğulayıb.
G.Hüseynova hesab edir ki, əsas problemlərdən biri məhsulların bazara çıxarılması prosesində yaranan çətinliklərdir. Onun fikrincə, istehsalçının məhsulunu birbaşa satışa çıxara bilməməsi, saxlanc imkanlarının məhdudluğu və digər maneələr bazarda qiymət fərqinin artmasına səbəb ola bilər.
İqtisadçı-ekspert bu problemlərin aradan qaldırılması üçün bir sıra iqtisadi tədbirlərin həyata keçirilməsini təklif edib. Onun sözlərinə görə, qısamüddətli vergi güzəştlərinin tətbiqi, saxlanc anbarlarının sayının artırılması və istehsalçıların məhsullarını birbaşa bazara çıxarmasına yaradılan süni maneələrin aradan qaldırılması müsbət nəticə verə bilər.
Ekspertin qənaətinə görə, bu addımlar məhsulların satış imkanlarını genişləndirə, itkiləri azalda və istehsalçı ilə istehlakçı arasındakı əlaqəni asanlaşdıra bilər.
Süni qiymət artımının qarşısının alınması və istehlakçıların hüquqlarının qorunması məsələsinə toxunan G.Hüseynova bildirib ki, azad bazar iqtisadiyyatı şəraitində satıcı məhsulunu müəyyən etdiyi qiymətə təklif edə bilər. Bununla belə, əsas diqqət məhsulun ilkin satış qiyməti ilə son istehlakçıya təqdim edildiyi qiymət arasındakı fərqə yönəldilməlidir.
"Azad bazar iqtisadiyyatında şəxs məhsulu istənilən qiymətə təklif edə bilər. Əsas məsələ məhsulun ilk satıcısından alındığı qiymətlə sonradan satışa çıxarıldığı qiymət arasında fərqin yüksək olmamasıdır", – deyə o, qeyd edib.
G.Hüseynova hesab edir ki, qiymətlərin formalaşmasına nəzarətin gücləndirilməsi üçün elektron sistemə keçid və satışa çıxarılan hər bir məhsulun elektron qeydiyyatının aparılması məqsədəuyğun olardı.
Ekspertin fikrincə, belə bir sistem məhsulların hərəkətini izləməyə, ilkin və son satış qiymətləri arasındakı fərqi müəyyənləşdirməyə, eləcə də qiymət artımının səbəblərini daha aydın görməyə imkan verə bilər.
Beləliklə, bazarda sağlam rəqabətin formalaşması üçün yalnız inhisarçılıqla mübarizə deyil, həm də istehsalçıların bazara çıxış imkanlarının genişləndirilməsi, saxlanc infrastrukturunun inkişafı, vergi güzəştlərinin nəzərdən keçirilməsi və elektron uçot sisteminin tətbiqi vacib amillər kimi çıxış edir.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 30 oktyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanın dövlət borcu azaldı

Azərbaycanın dövlət borcu 2026-cı ilin ilk 9 ayı ərzində azalıb. Maliyyə Nazirliyindən -a bildirilib ki, oktyabrın 1-nə ölkənin ümumi dövlət borcu 23 milyard 896,3 milyon manat təşkil edib. Bu, 2026-cı il üçün proqnozlaşdırıla

Borcunu ödəməyənləri yeni aqibət gözləyir – Milli Məclisdən qərar

Milli Məclisin bugünkü plenar iclasında borc tələbinin borclunun qiymətli kağızlarına yönəldilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunaraq sonuncu — üçüncü oxunuşda qəbul edilib. KONKRET.azyenisabah-a istinadən xəbə

Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI

Özünüməşğulluq proqramı çərçivəsində "Maldarlıq" zərfi üzrə cins damazlıq heyvanlar əldə etmək istəyən şəxslərin təsərrüfatları bir sıra tələblərə cavab verməlidir. KONKRET.azxəbər verir ki, bu barədə "Yen

Yeni nazir Pərviz Abubəkirovun yerinə onu gətirir - FOTO

Səhiyyə Nazirliyinin mətbuat xidmətində yeni kadr dəyişikliyi olub. -a istinadla xəbər verir ki,  TƏBİB-in mətbuat katibi Fərid İsrafilzadə Səhiyyə Nazirliyinə gətirilib. Məlumata əsasən, F.İsrafilzadəyə nazirliyin mətbua

Sabah 30 kənddə qaz olmayacaq

Sabah Şəkinin bəzi ərazilərində qazın verilişində fasilə olacaq. xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb. Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar sabah saa

Qazın qiyməti bahalaşır

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. milliaz-a istinadən xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiymət

Ərzaq, yanacaq, kommunal xidmətlər… - Azərbaycanda bahalaşma mənzərəsi

Son illər Azərbaycanda vətəndaşların gündəlik xərcləri artıb. Ərzaqdan tutmuş yanacağa, geyimdən kommunal xidmətlərə qədər bir çox sahədə qiymət dəyişiklikləri ailə büdcəsinə təsir göstərir. İnsanlar əvvəlki illərlə müqayisəd

Bazarda qiymət oyunu: İstehsalçı qazanır, yoxsa vasitəçi?

Azərbaycanda bazarda rəqabətin zəif olması, məhsul və xidmətlərin müəyyən şirkətlərin nəzarətində cəmləşməsi qiymətlərin yüksəlməsinə və uzun müddət yüksək səviyyədə qalmasına şərait yarada bilər. Belə vəziyyətlərdə kiçi

Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq

Azərbaycanda ət, yumurta və kərə yağının qiymətində müşahidə olunan artım istehlakçıların xərclərini artırmaqla yanaşı, qarşıdakı aylarda bazardakı vəziyyətlə bağlı narahatlıqları da gücləndirir. Yem təminatında yaranan problemlər


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler cəbhədən son durum cəbhədən son görüntülər ən son xəbər