Bəhram Bağırzadə sağalandan sonra ilk dəfə FOTOsunu yaydı
Əməkdar artist Bəhram Bağırzadə koronavirusa yoluxduqdan təxminən 2 aylıq fasilədən sonra şəkil paylaşıb.
Milli.Az xəbər verir ki, Əməkdar artist xəstəxana divarları arasında tibbi personal ilə birgə ayaqüstə çəkdirdiyi fotosunu sosial şəbəkədə paylaşıb.
Bəhram Bağırzadə onun yenidən sağalıb, ayaq üstə qalxmasında yardımçı olan həkimlərə təşəkkür edib.
Xatırladaq ki, daha əvvəl koronavirus xəstəliyindən müalicə olunduğu xəstəxanadan iyunun 13-də Mərkəzi Gömrük Hospitalının Reanimasiya şöbəsinə köçürülən Əməkdar artist Bəhram Bağırzadənin ağciyər toxumasının 90%-dən çox zədələndiyi məlum olmuşdu.
Mərkəzi Gömrük Hospitalının cərrahları və reanimatoloqları təcili olaraq gecə konsilium keçirib və xəstənin ECMO cihazına qoşulmasına qərar vermişdi. Xəstənin ECMO cihazına qoşulması əməliyyatından sonra onun vəziyyəti nisbətən stabilləşmiş və saturasiya 95 faizə qədər yüksəlmişdi. O, iyulun 2-də ECMO-dan ayrılıb.
Bu da Bəhram Bağırzadənin xəstəlikdən sonra ilk görüntüləri:
Məhəmməd Vaqif
Milli.Az /news.milli.az

Xankəndi Ultramarafonuna yekun vuruldu
Azərbaycanlı musiqiçi faciəvi şəkildə öldü
Kamboca baş naziri Azərbaycana gəldi
Deputatlardan ABŞ Konqresinin Senator və Nümayəndələr Palatasına müraciət
Masazırda motosikletlə avtomobil toqquşdu - Ölənlər var - Foto
Trampdan Azərbaycan açıqlaması
52 yaşlı piyadanı maşın vurub öldürdü
Qazaxda avtomobil piyadanı vurub, 3 nəfər xəsarət alıb
Gəncədə oğlunu öldürməkdə şübhəli bilinən ata saxlanılıb, daha bir nəfərin yaralandığı məlum olub
Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı
Bred Pittin yeni sevgilisi - Foto
Evini 3,2 milyona satır - Fotolar
Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ