Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər

Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilərMayın 4-də Azərbaycanda xüsusi karantin rejiminin yumşaldılması gözlənilir. Fəqət, bəzi vətəndaşlarımızda ifrat nikbinlik, gərəksiz rahatlıq hissi yaranıb və onlar düşünürlər ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub.
Belə deyil.
Daha doğrusu, əsla belə deyil.
COVID-19 xəstəliyi uzunmüddətli prosesdir. Bu səbəbdən mövcud qaydalara riayət olunması və zəruri profilaktik tədbirlərin davam etdirilməsi vacibdir.
Özünütəcrid, "Evdə qal!" kampaniyası davam etdirilməlidir. Yaşı 65-dən artıq olan vətəndaşlarımız ifrat zərurət olmadıqda, küçəyə çıxmamalıdır.
Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilərBilməliyik ki, xüsusi karantin rejimindəki mövcud məhdudiyyətlərin sanitar-epidemioloji şəraitdən asılı olaraq mərhələli yumşaldılması zəruridir. Amma epidemioloji vəziyyət tələb edərsə, yəni xəstəliyin dinamikasında artım olarsa, karantin rejimi yenidən sərtləşdiriləcək, müvafiq məhdudiyyətlər yenidən tətbiq olunacaq.
Yəni karantin rejiminin şərtləri nəinki tam bərpa oluna bilər, hətta daha da sərtləşdirilə bilər. Çünki məhdudiyyətlər götürülsə belə, insanlar profilaktik tədbirlərə, sanitar normalara uyğun davranmasa, yoluxma halları çoxala bilər.
Məhdudiyyələrin bir qismi aradan qaldırılsa da, virusa yoluxma sürətinin qarşısını almaq üçün ölkədə kütləvi tədbirlər keçirilməməlidir, vətəndaşlar əvvəlki dövrdə olduğu kimi 2 metrlik distansiya tələbinə riayət etməlidirlər.
Və bu minvalla koronavirusla mübarizənin növbəti mərhələsinə başlamalıyıq.
Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilərAzərbaycanda koronavirusun ikinci dalğasına yol verməmək üçün bütün tələblər, o cümlədən şəxsi gigiyena, özünütəcrid, kütləvi toplantılara yol verilməməsi, distansiya saxlanması və s. məsələlərə, qaydalara riayət olunması zəruridir.
Koronavirusun tüğyan etdiyi dönəmdə dünya ölkələri arasında Sinqapurda tətbiq edilən rejim və qəbul edilən qərarlar "qızıl standart" sayılırdı. Gerçəkdən də, Cənub-Şərqi Asiyadakı bu kiçik dövlətin hakimiyyət dairələri və dövlət qurumları pandemiyaya qarşı genişşmiqyaslı, hətta sərt tədbirlər görmüş, ən ciddi təcrid rejimini tətbiq etmişdilər.
Koronavirusa yoluxanlarla vəfat edənlərin statistikasının aşağı olması Sinqapur hakimiyyətini rejimi ləğv etməyə sövq etdi. Sinqapurlular da karantin rejimi aradan qaldırılan kimi küçələrə axışdılar. Nə sosial izolyasiya qaydalarına əməl olundu, nə də fərdi gigiyena ilə bağlı tövsiyələr yada düşdü.
Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilərSonuc çox pisdir: Sinqapurda koronavirus pandemiyasının ikinci dalğası başlanıb.
10 milyon sakini olan şəhər-dövlətdə hər gün yüzlərlə yeni yoluxma faktı qeydə alınır. Buna rəğmən, Sinqapurda hələ də sərt karantin gerçəkləşmir.
Koronavirusdan ölən sinqapurluların sayı isə 987-yə çatıb.
ABŞ-da da koronavirus pandemiyasının ikinci dalğası istisna olunmur. Federal Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin rəhbəri Robert Redfilin dediyinə görə, qışda ikinci dalğa başlanacaq: "Onda yoluxmaların sayı indi fəlakət və faciə kimi yaşadığımız dönəmdən daha çox olacaq".
Redfil onu da vurğulayıb ki, Birləşmiş Ştatlarda qışda koronavirusun ikinci daalğası mövsümi qriplə müşayiət olunacaq. Bu isə ölkənin səhiyyə sistemi üçün çox ağır, hətta dəhşətli yük olacaq.
ABŞ indi koronavirusun ikinci dalğasına hazırlaşır. Yaxın aylarda koronavirus testlərinin miqyası daha da artırılacaq, yoluxmuş şəxslərin təmasları izlənəcək.
Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilər"Koronavirusa tam qalib gəldik" tipli qələbə relyasiyalarını sıralayan Çində də koronavirus var və üstəlik, virus daha da aktivləşib.
Çinlə bahəm, Cənubi Koreyada və Tayvanda da eyni situasiyadır. Virusa yoluxma hallarının həftələrdən bəri müşahidə olunan müsbət dinamikasından sonra yenidən COVİD-19-un aktivləşməsi bu ölkələrin hakimiyyət dairələrini daha sərt məhdudiyyət tədbirlərinə əl atmağa vadar edib.
Honkonq Universitetinin epidemiologiya professoru Ben Koulinq deyir ki, insanlar koronavirusun müvəqqəti virus olduğuna, pandemiyanın artıq keçib getməkdə olduğunu düşünürlər. Halbuki bu, çox fəlakətli və qorxulu sonuclara səbəb ola bilər.
"İnsanların çoxu hələ də dərk edmir ki, indiyədək olanlar koronavirus üzərində qələbə yox, müvəqqəti uğurdur. Yəni daimi uğur yoxdur. Koronavirusun ikinci, qlobal dalğası başlaya bilər və bu istisna deyil", - professor söyləyib.
Gerçəkdən də, bütün başqa viruslardan fərqli olaraq, COVİD-19 koronavirusunu aşkarlamaq çətindir. Bu virus atipik pnevmoniya (SARS) ilə müqayisədə daha uzunömürlü olduğundan yeni, ikinci və hətta üçüncü dalğaların qarşısını almaq olduqca çətindir.
Dayanıqlı və effektiv peyvənd hazırlanıb tətbiq olunana və ya Yer əhalisinin tam əksəriyyəti yoluxub sağalanadək koronavirusun yeni dalğalarının qarşısını almaq qeyri-mümkündür.
Ümumiyyətlə, ekspertlər koronavirusla bağlı situasiyanın bundan sonra necə, hansı istiqamətdə inkişaf edəcəyini bilmirlər.
Kimsə bilmir ki, koronavirus, ümumiyyətlə, yox olacaq, yoxsa qrip virusu kimi qalacaq, yoxsa zaman-zaman yayılacaq. Və yaxud immuniteti zəifləmiş insanların orqanimzlərində qalan B hepatitinə bənzəyəcək, bu minvalla yayılmağa davam edəcək?
Bəla sovuşmayıb: Azərbaycanda koronavirusun ikinci dalğası ola bilərOnu da anlamalıyıq ki, koronavirus eynən qrip kimi asanlıqla və sürətlə yayılır. Dünyanın əksər ölkələri isə Çin təki səhiyyə və təşkilatı imkanlara sahib deyillər ki, koronavirusun ikinci dalğası başlayanda bəlanın qarşısını alıb onu saxlaya bilsinlər, yayılmanı nəzarətə götürsünlər.
COVİD-19 koronavirus sürəkli böyüyür, dəyişir, mutasiya edir və məhz bu səbəblərdən onu saxlamaq mümkün deyil.
Yeganə yol virusu çözmək, anlamaq, ona uyğunlaşmaq və ən başlıcası, mövcud səhiyyə sisteminin bəlanın öhdəsindən gəlməsi üçün ona uyğunlaşmaq, zəruri tədbirləri görməkdir.
Azərbaycanda hər vətəndaş sağlamğını qorumasa, virusdan qoruna bilməcəyik.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 30 aprel 2020
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Həkim məsləhəti olmadan ağrıkəsici qəbul edənlərə XƏBƏRDARLIQ

Ağrıkəsicilərdən istifadə artıq çox insan üçün gündəlik vərdişə çevrilib. Azacıq ağrı hiss edən kimi həkimə yox, aptekə üz tuturuq. Yəni, ağrının səbəbini öyrənmədən nəticəni aradan qaldırmağa çalışırıq. Halbuki həkim rəy

Zəncəfilin faydaları və zərərləri - Mütəxəssis

Zəncəfil həm bioloji aktiv maddələrlə, həm də vitamin və minerallarla zəngindir. Tərkibində ətirli zəncəfil yağı da mövcuddur və lifli qidalar kateqoriyasına daxil olduğundan, sağlamlıq üçün çoxsaylı faydaları var.  xəbə

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Çox yaşamaq istəsəniz

ABŞ-də aparılan bir araşdırmada pozitiv insanların daha çox ömür sürdüyü məlum olub. xəbər verir ki, təcrübədə onminlərlə qadın və kişilər 10 il boyunca izlənilib. Pozitiv insanların 11-15 il daha çox yaşadığı məlum olub

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son durum xeberler bugun 2026 cəbhədən ən son xəbər xəbər