Stress və yorğunluğu azaldır - Əsəbləri sakitləşdirir
Jenşen qədim zamanlardan bəri Çin xalq təbabətində istifadə edilən bitkilərdən biridir.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu bitkinin insan sağlamlığına çoxlu faydaları və töhfələri var.
Jenşenin faydalarını təqdim edirik:
Diabet, baş ağrısı, ürəkbulanma, ağciyər problemləri, astma, artrit, depressiya, diş əti xəstəlikləri, yorğunluq, ishal, həzmsizlik və bir sıra xəstəliklərə faydalıdır.
Həzm sisteminin düzgün işləməsini təmin edir, qəbzlik problemlərin yaranmasının qarşısını alır.
Əsəbləri sakitləşdirir, stress və yorğunluq kimi bir çox simptomları azaltmağa kömək edir. Bədəni infeksiyalara qarşı qoruyaraq immunitet sistemini gücləndirir.
Müntəzəm və balanslı şəkildə istehlak edildikdə konsentrasiyaya müsbət təsir göstərir. Zehni qabiliyyətin inkişafına, yaddaşın güclənməsinə fayda verir.
Qan şəkərini tənzimləyir, qaraciyər və ürəyin fəaliyyətinə faydalı təsir göstərir. Həmçinin xolesterin səviyyəsini balanslaşdırır.
Tərkibindəki C, B12 vitamini və fosfor sayəsində antioksidan xüsusiyyətlərə malik olan jenşen orqanizmdən toksinlərin çıxarılmasına kömək edir.
Xərçəngə qarşı qoruyucu xüsusiyyətlərə malikdir.
Bir çox tənəffüs xəstəliklərinin qarşısını alır və nəfəs almağı asanlaşdırır.
Bu bitki bədənin enerji istehsalını artırmağa kömək edir. Gün ərzində daha dinamik, aktiv və enerjili qalmağa yardımçı olur. Eləcə də bədəni gücləndirərək yaşlanma əleyhinə təsir yaradır.
Doğuş ağrılarını azaltmaqda təsirlidir. Bundan başqa saç tökülməsinin qarşısını alır.
Jenşen suda qaynadılıb çay kimi istehlak edilə bilər. Bunun üçün dilimləyərək üzərinə isti su əlavə edib içməzdən etməzdən əvvəl dəmlənməsi üçün bir neçə dəqiqə gözləyin.
Lakin həddindən artıq istehlakı bəzi yan təsirlərə səbəb ola bilər.

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Türkiyə heç yerə qoşun göndərməyəcək - Fidan