Belarus səfiri: "Azərbaycan bizim etibarlı tərəfdaşımızdır

Belarus səfiri: "Azərbaycan sözdə deyil, əməldə bizim etibarlı və ən mühüm tərəfdaşımızdır".
azxeber.com "Report"a istinadən xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Andrey Ravkov "Novoye Vremya" ictimai-siyasi gündəlik qəzetinə müsahibəsində deyib.
"İqtisadi sahə hər zaman tərəfdaşlığımızın önündə olub və elə də qalmaqdadır, çünki bu, hər iki tərəf üçün real, nəzərəçarpacaq və qarşılıqlı fayda kəsb edən nəticələr verir. Bunun praktiki təsdiqi ticarətin davamlı artımıdır ki, biz təkcə ötən il onu demək olar, 1 milyard dollar səviyyəsinə çatdırmışıq", - diplomat bildirib.
O, bu il əsas əmtəə məhsulları üzrə dövriyyənin artdığına diqqət çəkib, eyni zamanda, ixrac və idxalın həcmləri arasında praktiki olaraq paritetin müşahidə olunduğunu vurğulayıb. "Azərbaycandan Belarusa meyvə-tərəvəz məhsullarının idxalı mühüm rol oynayır. Məsələn, biz bu il pomidor alışını 3 dəfə artırmışıq", - Andrey Ravkov bildirib. O, iki ölkə üçün əlamətdar layihəyə çevrilən Belarus maşınqayırma şirkətləri ilə Gəncə Avtomobil Zavodu arasında əməkdaşlığın daha da artdığını və bunun sənaye əməkdaşlığı sahəsində səmərəli qarşılıqlı fəaliyyətin gözəl nümunəsi olduğunu bildirib.
"15 il ərzində Gəncədə 12 mindən çox "Belarus" traktoru, o cümlədən 4 minə yaxın digər Belarus texnikası yığılıb", - səfir qeyd edib.
Onun sözlərinə görə, hökumətlərarası komissiyanın cari ilin iyun ayında keçirilmiş 12-ci iclasının yekunlarına əsasən müvafiq protokol imzalanıb ki, onun nəticəsi ikitərəfli iqtisadi-ticarət əlaqələrinin bütün spektri üzrə qarşılıqlı fəaliyyətin daha da intensivləşdirilməsi və yeni qarşılıqlı fayda kəsb edən layihələrə çıxışın təmin edilməsidir.

Siyasi       Tarix: 07 dekabr 2022
f Paylaş

Oxşar xəbərlər

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristine Qriqoryan IV Bakı Təhlükəsizlik Forumunda iştirak edir. APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan mediası yazıb. Kristine Qriqoryanın bu axşam Ermənistan

"Atəşkəs var" deyən Tramp, "razılaşma yoxdur" deyən Zelenski – Ukraynada nə baş verir?

ABŞ Prezidenti Donald Trampın Ukraynada elan etdiyi "enerji atəşkəsi"ni tərəflər fərqli şəkildə başa düşür. xəbər verir ki, bunu ukraynalı ekspertlər açıqlamalarında bildiriblər. Sentyabrın 14-də Donald Tramp Ukrayn

Zelenski BMT tribunasından Rusiyanı HƏDƏLƏDİ

Ukrayna Prezidenti Volodimir Zelenski Nyu-Yorkda BMT Baş Assambleyasındakı çıxışı zamanı xəbərdarlıq edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturuna zərbələrini davam etdirməsi Rusiyanın enerji obyektlərinə cavab hücumlar

Bakıdan Gürcüstan Patriarxlığına: Erməni yolu getmə

Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı

Ermənilərin xalqımıza qarşı düşmənçilik siyasəti 200 ildən artıq bir zaman kəsiyində – çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükləri vaxtdan başlayaraq bu günə qədər davam edir. Məskunlaşdıqları il

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovu təbrik edib. təbrikin mətnini təqdim edir:. "Hörmətli Sərdar Qurbanquliyeviç,. Türkmənistanın müstəqilliyinin 35-ci ildönümü münasibətil

Zelenski: Qış sizin üçün də ağır olacaq

Ukrayna Prezidenti Volodimir Zelenski qarşıdakı qışın həm Ukrayna, həm də Rusiya üçün çətin keçəcəyini bildirib. xəbər verir ki, Zelenski ABŞ-ın Nyu-York şəhərində BMT Baş Assambleyasının 81-ci sessiyasının ikinci iclasınd


son xeberler azerbaycan xeberleri yeni xeberler hava durumu xəbər az son xeber xəbərlər.com