"Bəlkə Şuşaya yalnız hicab və çalmada gedək?

Şuşa işğaldan azad olunandan sonra ora baş tutan istənilən səfər müzakirəsiz ötüşmür. Təəssüf ki, bu müzakirələr heç də pozitiv deyil. Belə ki, Şuşaya gedənlərin gah geyimi, gah əylənib şəkil çəkdirməsi, gah da kiminsə spirtli içki qəbul etməsi müzakirə olunur. Bütün bunlar soail şəbəkələrdə geniş müzakirə, tənqid, hətta təhqirlərə səbəb olur. Son müzakirə mövzusu isə Şuşaya bloger və müğənnilərin səfəri oldu. Onların geyim tərzi bir çoxları tərəfindən birmənalı qarşılamadı. Əksəriyyət bloger və müğənniləri daha münasib geyinə bilərdilər deyə qınadılar. Bir qism sosial şəbəkə istifadəçiləri isə daha da irəli gedib şəhid qanı ilə alınan torpaqlara bloger, müğənni, ümumiyyətlə, şou adamlarının ayaq basmasını doğru saymadıqlarnı dedilər: "Əsgərlər qan töküb torpaq alıb ki, blogerlər, müğənnilər gedib şəkil çəkdirsin?!"
Bəs Şuşa səfərləri ilə bağlı bu cür xoşagəlməz müzakirələrin səbəbi nədir? 
Bununla bağlı fikirlərini News24.az-la bölüşən millət Vəkili Fazil Mustafa hesab edir ki, hər kəsin öz həyat tərzi var və buna qarışmaq, onlara nəyi və necə geyinməyi diqtə eləmək doğru deyil: "Biz insanları geyim tərzinə görə yox, əməl və niyyətlərinə görə mühakimə edə bilərik. Əsas məsələ odur ki, ora nə niyyətlə gediblər? Gediblər ki, Şuşanı görsünlər. Niyə bu insanlar hamısı təftişçi olub? Hamı hər şeyə qarışır. İnsanların geyim tərzini pis yozmağın nə mənası var? Hər kəs geyiminə, yaşam tərzinə görə özü məsuliyyət daşıyır. Heç kim öz həyatını yaşamır. Onları ancaq başqaları maraqlandırır. Mühakimə edənlərin özlərinin imkanı yoxdur. Olsa, onlardan da pis geyinərlər. Hamı özünə bir vətənpərvərlik modeli tapıb. O modelin içində özlərinin "müqəddəsliyini" göstərmək istəyirlər. Ümumiyyətlə, bu cür müzakirələr, mübahisələr, yanaşmalar olmamalıdır. İndi kimsə orda açıq-saçıq şəkil çəkdiribsə, ayağı görünübsə, nə edək? Gedək örpək götürüb üstünü örtək?"
Deputat sosial şəbəkə istifadəçilərinin "Əsgərlər qan töküb torpaq alıb ki, blogerlər, müğənnilər gedib şəkil çəkdirsin?" şərhinə də münasibət bildirib: "Azərbaycanda şəhid qanı hara tökülməyib ki? Bakıda şəhid qanı tökülməyib? Bakıda 20 Yanvarda, 30-cu illərdə Gəncədə tökülən qanlar nə idi bəs?  Hər yerdə şəhid qanı tökülüb də. Onda belə çıxır ki, Bakıda əylənmək olar, Şuşada olmaz? Bir məkanı müqəddəsləşdirib, digərini qeyri-müqəddəs məkana çevirmək yanlış düşüncənin məshuludur. Şəhid qanı min illərdir tökülür. Bunu indi gündəlik rituala çevirə bilmərik ki... Belə absurd yanaşmaları müzakirədən çıxarmalıyıq. Daha çox vətənpərvər görünmək üçün bu fikirləri meydana çıxarırlar. Müharibədə şəhid də olur, qazi də".
Millət vəkili Razi Nurullayev da hesab edir ki, oxşar düşüncələrin absurd və mənasız olduğunu bildirib: "Belə çıxır ki, biz Şuşanı qurub-yaratmalı, sonra da Corc Oruellin "1984" adlı romanında olduğu kimi ora ayaq basan hər kəsi kamera ilə izləməli, hətta nə düşündüyünü belə bilməliyik? Ümumiyyətlə, gəlin öz vətəndaşlarımız daxil Şuşaya gediş üçün viza rejimi tətbiq edək və kim aylarla çarpışmadan və mübarizədən sonra viza ala bilsə, ora getsin. Şuşada siqaret çəkmək, içki içmək, qısa geyinmək, mahnı oxumaq, deyib-gülmək olmaz. Şuşaya nə bloger, nə müğənni, nə də şou əhli getsin. Ümumiyyətlə, gəlin onları ölkədən qovub çıxaraq. Şuşanı bağlı məkan, ya da Şəhidlər şəhəri elan edək, olsun Şəhidlər xiyabanı. Nə restoran olsun, nə də hotel. Ora ancaq hicablı xanımlar və çalmalı kişilər gedə bilsin. Bəlkə Şuşada İranın konsulluğunu da açaq? Bəs onda Şuşa, Şəhidlər xiyabanı kimə lazımdır? Şəhidlərimiz ona görə qan axıdıblar ki, vətəndaşlarımız orada xoşbəxt, azad və sərbəst yaşasın. ". 
Deputat onu da bildirib ki, Şuşa bizim üçün əziz şəhərdir, amma həm də digərləri kimi bir Azərbaycan şəhərdir: "Şəhidlərimiz Şuşa ilə bərabər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Ağdam, Hadrut və Kəlbəcərdə də qan axıdıblar. Ümumiyyətlə, Şuşa adı ilə bağlı qəbul olunan qərar da ürəkaçan deyildi. Niyə biz qadağalara meyllənirik? Onsuz da ölkəmiz elə qadağalardan ibarətdir.  Bir qadağanı qanunlarımız qoyur. Qanundan da kəskin qadağanı dinimiz qoyur. Dinimizdən də kəskin qadağanı adət-ənənəmiz qoyur. Adət-ənənəmizdən də kəskin qadağanı yazılmayan qanunlarımız qoyur. Nədən bu ölkəni qadağalar diyarına çevirək? O olmaz, bu olmaz, onu etmə, bunu et, onu geymə, bunu gey, onu yemə, bunu ye, onu içmə, bunu iç. Bu nə düşüncədir? Ölkəmizi hara yuvarlamaq istəyirlər?"

Şou Biznes       Tarix: 14 avqust 2022
f Paylaş

Oxşar xəbərlər

"Günaydın, Azərbaycan"dan getmə səbəbini açıqladı

Aparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə canlı yayım açaraq izləyicilərinin suallarını cavablandırıb. xəbər verir ki, aparıcı "Günaydın, Azərbaycan" verilişindən ayrılma səbəbini açıqlayıb. X.Hidayətqızı bildiri

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Məşhur aktyor 22 kilo arıqladı

Əzələli bədən quruluşu ilə tanınan Hollivud ulduzu Dueyn Conson son görünüşü ilə pərəstişkarlarını təəccübləndirib. "The Rock" ləqəbi ilə tanınan aktyor, yeni filmindəki rolu üçün təxminən bir il ərzində 22 kiloqra

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. Hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasını


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeberler xəbərlər.com cəbhədən son xəbərlər 2026 xeberler bugun