Bərdədəki dəhşətli qətlin TƏFƏRRÜATI
Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bərdə rayon prokurorluğundan verilən məlumata görə, həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilib ki, zərərçəkmişin qardaşı 1984-cü il təvəllüdlü İnayət Nəzərov tanışı, 1988-ci il təvəllüdlü Şəhriyar Məmtiyev ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında kənd ərazisindəki subartezian quyusunun yanında Səxavət Nəzərova müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, daha sonra sonuncunun ölmədiyini görüb onu transformatorun içərisinə salaraq qəsdən öldürüblər.
Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR