Beynəlxalq reytinqə daxil olan universitetlərimizin sayı 2 dəfə artıb
2026-cı ilin "QS sahələr üzrə dünyanın ən yaxşı universitetlərinin reytinqi"ndə ilk dəfə Azərbaycanın 7 universiteti 22 sahə üzrə təmsil olunub.
Bu barədə azxeber.com-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, cari ildə reytinqə daxil olan universitetlərimizin sayı təxminən 2 dəfə, təmsil olunduğumuz sahələrin sayı isə 4 dəfə artıb: "Azərbaycanın 1 universiteti (Bakı Dövlət Universiteti) sözügedən reytinqdə ilk dəfə top 100-lüyə daxil olub. Reytinqin cari buraxılışında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Dillər Universitetinin nəticələri daha da yaxşılaşıb. Azərbaycan Dövlət Neft və Sənaye Universiteti sözügedən reytinqdə bu il yenidən yer alıb. Digər 3 universitetimiz isə (Bakı Mühəndislik Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Texniki Universiteti) ilk dəfə bu reytinqə daxil olublar".
"Cari ildə Azərbaycan universitetlərinin mövqeyinin faizlə dəyişmə dinamikası Türkiyə, Qazaxıstan və Özbəkistan ilə müqayisədə daha yüksəkdir.
Dünyanın 100-dən artıq ölkəsi üzrə 1900-dək ali təhsil müəssisəsinin və 21000-dən çox təhsil proqramının qiymətləndirildiyi bu reytinq 5 geniş sahəni və 55 fənni əhatə edir. Qiymətləndirmə zamanı 5 indikator (akademik nüfuz, işəgötürənlər arasında nüfuz, məqalə üzrə istinad sayı, H-indeks və beynəlxalq elmi əməkdaşlıq indeksi) nəzərə alınır",- nazirlikdən bildirilib.
Qeyd edilib ki, Azərbaycan müvafiq reytinqdə yer alan Cənubi Qafqaz regionunun yeganə ölkəsidir.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

"Sabah" "Zirə"ni darmadağın etdi
Yaxın Şərqdə köhnə status-kvoya qayıtmaq mümkün deyil
Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
İlham Əliyev: Cənubi Qafqaz sülh zonasına çevrilir
iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu
Qonşu ölkədə dollar kəskin bahalaşdı
Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ
Neymar 6 həftə oynamayacaq
Daha bir cüdoçumuz Avropa çempionu oldu
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
Məşhur aktyora 12 ilədək həbs tələb edildi
Bir stəkan su ilə dünyaya diplomatiya dərsi - Deputat yazır
Meloni İlham Əliyevə təşəkkür etdi
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)