Beynəlxalq səyahətçilərin Ağdama səfəri başlayıb – YENİLƏNİB + FOTO/VİDEO

Beynəlxalq səyahətçilərin Ağdama səfəri başlayıb – YENİLƏNİB + FOTO/VİDEOBeynəlxalq səyahətçilərin Ağdama səfəri başlayıb – YENİLƏNİB + FOTO/VİDEO
Azərbaycana gələn beynəlxalq səyahətçilərin (səyyah) işğaldan azad edilmiş Ağdama səfəri başlayıb.
"Report" xəbər verir ki, səyyahlar Şuşa şəhərini ziyarət edəndən sonra Ağdama yola düşüblər.
Qeyd edək ki, bu gün dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleydir.
Beynəlxalq səyahətçilər bundan əvvəl Şuşa şəhərini ziyarət ediblər.
12:56
Şuşada səfərdə olan beynəlxalq səyahətçilər burada erməni vandalizmi nəticəsində dağıdılmış yerlərdə Azərbaycanın qısa zaman kəsiyində apardığı quruculuq işləri ilə tanış olublar.
"Report" xəbər verir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki dağıntılarla təkbaşına mübarizəsi onları heyrətə gətirib.
Səyyahlar həmçinin Şuşanın möhtəşəm təbiətindən zövq aldıqlarını da bildiriblər.
Sonda Cıdır düzündə olan səyyahlar bu möhtəşəm təbiət mənzərəsinin fonunda xatirə fotoları çəkdiriblər.
11:52
Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
"Report" xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley olub.
Beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə yollanıblar. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və təbiəti ilə tanış olacaqlar.
Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobillərlə Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.
Qeyd edək ki, ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.
Xatırladaq ki, bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi iştirak edib. Bu sayca 4-cü analoji səfərdir və bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.

Beynəlxalq səyahətçilərin Ağdama səfəri başlayıb – YENİLƏNİB + FOTO/VİDEOBeynəlxalq səyahətçilərin Ağdama səfəri başlayıb – YENİLƏNİB + FOTO/VİDEOBeynəlxalq səyahətçilərin Ağdama səfəri başlayıb – YENİLƏNİB + FOTO/VİDEOBeynəlxalq səyahətçilərin Ağdama səfəri başlayıb – YENİLƏNİB + FOTO/VİDEOBeynəlxalq səyahətçilərin Ağdama səfəri başlayıb – YENİLƏNİB + FOTO/VİDEOBeynəlxalq səyahətçilərin Ağdama səfəri başlayıb – YENİLƏNİB + FOTO/VİDEOBeynəlxalq səyahətçilərin Ağdama səfəri başlayıb – YENİLƏNİB + FOTO/VİDEOBeynəlxalq səyahətçilərin Ağdama səfəri başlayıb – YENİLƏNİB + FOTO/VİDEO09:58
Bu gündən etibarən üç gün ərzində 20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyahətçi Qarabağ və Şərqi Zəngəzura səfər edəcək.
"Report" xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng dörd səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Veleydir.
Beynəlxalq səyahətçilər üç gün ərzində avtomobillərlə - sentyabrın 8-də Şuşa-Ağdam, sentyabrın 9-da Füzuli-Xocavənd, sentyabrın 10-da Zəngilan (Ağalı kəndi) - Cəbrayıl (Xudafərin körpüsü) marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.
Qeyd edək ki, ötən bir ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers Century Club), "Nomadmania" klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura üç dəfə səfərləri təşkil edilib.
Xatırladaq ki, bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi iştirak edib. Bu, sayca dördüncü analoji səfərdir və bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edirlər.

Turizm       Tarix: 08 sentyabr 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO

AZAL Laçın hava limanının nəzarət sistemi ilə təchiz edilməsinə dair müqavilə imzalayıb - FOTO. Frankfurt-Maynda keçirilən nüfuzlu "Passenger Terminal Expo 2024" konfransında "Azərbaycan Hava Yolları"

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib

AZAL Moskvadan gələn sərnişinlərə xəbərdarlıq edib . Moskvadakı əlavə təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" aviaşirkəti Rusiyanın paytaxtından yola düşən sərnişinlərdən uçuşa 3 saa

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL

Rusiya şirkəti Bakıya müntəzəm birbaşa reysləri bərpa edəcək - CƏDVƏL. Rusiyanın "Ural Hava Yolları" şirkəti Jukovski hava limanından (Moskva vilayəti) Azərbaycanın paytaxtına müntəzəm birbaşa reysləri bərpa edəcək

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən son xəbərlər 2026 cəbhədən son xeber sonxabar az