Beynindən qəlpə keçən doqquz yaşlı ukraynalının inanılmaz hekayəsi - FOTO/VİDEO

Beynindən qəlpə keçən doqquz yaşlı ukraynalının inanılmaz hekayəsi - FOTO/VİDEOBeynindən qəlpə keçən doqquz yaşlı ukraynalının inanılmaz hekayəsi - FOTO/VİDEO
Beynindən qəlpə keçən doqquz yaşlı ukraynalı qız möcüzəvi şəkildə sağ qalıb. O, Nikolayev şəhərinin Rusiya ordusu tərəfindən atəşə tutulması zamanı yaralanmışdı. Bombardman başlayan zaman ana Nina Vavrinyuk qızı Sofiyanı öz bədəni ilə örtsə də, sursatın fraqmentləri uşağın başına dəyib.
"Hər şey bitəndə bacım başını qaldırdı və qəfildən qışqırdı: "Bu nədir?" Sofiyanın başından çeşmə kimi qan axırdı. Hamımız vahimə içində, şokdaydıq. Qanı dayandırmaq üçün əlimlə onun başını tutdum", - deyə qadın baş verən dəhşəti xatırlayır.
Xoşbəxtlikdən, xəstəxana çox yaxınlıqda olub. Sofiya dərhal xəstəxanaya çatdırılıb. Uşaq iki gün komada qaldıqdan sonra ayılıb, buradan isə Lvova təxliyə edilib və orada əməliyyat olunub.
Həkimlər onun beynindən qəlpəni çıxarıblar, kəllə sümüyünün zədələnmiş hissəsi isə titan lövhə ilə örtülüb. Gələcəkdə Sofiyanı uzun bir reabilitasiya gözləyir.
Hazırda uşaq yenidən hərəkət etməyi öyrənir və danışmağa başlayır.

"Sağ gözünü bir az qıyır, sol gözü yaxşı görmür. Sağ qulağı yaxşı eşitmir, sağ əlini yaxşı qaldırmır... və yavaş-yavaş yeriməyi öyrənirik, məşq edirik", - deyə Nina Vavrinyuk bildirib.
Anasının köməyi ilə qız motor aparatını inkişaf etdirir, şəkil çəkir, mahnı oxuyur, oyuncaq pişiklə oynayır. Bundan başqa, onunla psixoloq da işləyir.
"Belə vəziyyətlərdə xəstələrin çoxu ümumiyyətlə sağ qalmır və yaşadıqları təqdirdə onların xarici dünya ilə rabitələri itir. Onun sağ qolunda və sağ ayağında bir qədər zəiflik var, lakin aldığı zədə ilə müqayisədə bu, həqiqətən də, möcüzədir", - xəstəxananın neyrocərrahiyyə şöbəsinin müdiri Mixail Lovqa bildirib.
Beynindən qəlpə keçən doqquz yaşlı ukraynalının inanılmaz hekayəsi - FOTO/VİDEOBeynindən qəlpə keçən doqquz yaşlı ukraynalının inanılmaz hekayəsi - FOTO/VİDEOBeynindən qəlpə keçən doqquz yaşlı ukraynalının inanılmaz hekayəsi - FOTO/VİDEOBeynindən qəlpə keçən doqquz yaşlı ukraynalının inanılmaz hekayəsi - FOTO/VİDEOBeynindən qəlpə keçən doqquz yaşlı ukraynalının inanılmaz hekayəsi - FOTO/VİDEOMənbə: "Pavel Gerashchenko" "Telegram" kanalı

Maraqlı       Tarix: 13 may 2022
f Paylaş

Oxşar xəbərlər

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta krimnal bugun en son xəbərlər bugün en son xeberler bu gun