Bəzi iqtisadi rayonların adlarında dəyişiklik edildi

Bəzi iqtisadi rayonların adlarında dəyişiklik edildiNazirlər Kabineti "Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında" 1992-ci il 3 mart tarixli 122 nömrəli, "Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği"nin təsdiq edilməsi haqqında" 2015-ci il 21 aprel tarixli 114 nömrəli və "Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq olunması ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında" 2021-ci il 25 may tarixli 150 nömrəli qərarlarında dəyişiklik edib.
Azxeber.com xəbər verir ki, bu haqda qərarı Baş nazir Əli Əsədov imzalayıb.
"Təbii ehtiyatlara görə ödəmələrin, çirkləndirici maddələrin təbii mühitə atılmasına görə ödəmələrin tətbiqi və həmin ödənişlərdən əmələ gələn vəsaitdən istifadə haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 3 mart tarixli 122 nömrəli Qərarına 7 nömrəli əlavə - "Azərbaycanın iqtisadi rayonlarında ekoloji vəziyyət və atmosfer havasının ekoloji əhəmiyyət əmsalları"nda aşağıdakı dəyişikliklər edilib: "Azərbaycanın iqtisadi rayonlarında" sözləri "Azərbaycan Respublikasının ərazisində" sözləri ilə; "İqtisadi rayonlar" sütununda "İqtisadi rayonlar" sözləri "Azərbaycan Respublikasının ərazisi üzrə:" sözləri ilə əvəz edilib.
Eyni zamanda 1-ci bənddə "Səbayel" sözü "Səbail" sözü ilə, "Əzizbəyov" sözü "Xəzər, Pirallahı" sözləri ilə əvəz olunub.
Nazirlər Kabinetinin 2015-ci il 21 aprel tarixli 114 nömrəli Qərarı ilə təsdiq edilmiş "Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği"nin 3.1-ci bəndində verilmiş cədvəlin 12-ci hissəsinin "Ödənişin məbləği" sütununda "Abşeron və Aran" sözləri "Abşeron-Xızı, Mərkəzi Aran, Mil-Muğan və Şirvan-Salyan" sözləri ilə, "Yuxarı Qarabağ" sözləri "Qarabağ" sözü ilə və "Lənkəran, Gəncə-Qazax" sözləri "LənkəranAstara, Gəncə-Daşkəsən, Qazax-Tovuz" sözləri ilə əvəzlənib.
Nazirlər Kabinetinin 2021-ci il 25 may tarixli 150 nömrəli Qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə - "Tikinti-quraşdırma işlərinin qış vaxtında yerinə yetirilməsi ilə əlaqədar olan əlavə xərclərin smeta normaları toplusu"nun 4 nömrəli cədvəlinin 2-ci hissəsinin "Respublikanın, bölgələrin adları" sütununda "Yuxarı Qarabağ" sözləri "Xankəndi şəhəri, Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları" sözləri ilə əvəz olunub.

Sosial       Tarix: 16 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard


azerbaycan xeberleri son xeberler yeni xeberler qarabag krimnal xeber cəbhədən yeni xəbərlər xəbər az