Bezosla Mask arasında çəkişmə ABŞ-ın Aya astronavt göndərmə missiyasını bir il geri saldı
Bezosla Mask arasında çəkişmə ABŞ-ın Aya astronavt göndərmə missiyasını bir il geri saldı
ABŞ-ın sabiq prezidenti Donald Tramp administrasiyasının planlaşdırdığı kimi, amerikalı astronavtların 2024-cü ildə Aya enməsi texniki cəhətdən mümkün deyil.
Bunu çərşənbə axşamı mətbuat brifinqində NASA rəhbəri Bill Nelson etiraf edib.
Onun sözlərinə görə, NASA bir neçə mərhələdən ibarət olan "Artemida" Ay proqramının həyata keçirilməsi üçün qrafiki irəli çəkmək qərarına gəlib. Beləliklə, "Orion" kosmik gəmisinin ekipajla birlikdə Ay ətrafında uçuşunu 2024-cü ilin mayından gec olmayaraq gözləmək olar (İlkin olaraq bu mərhələnin 2023-cü ildə həyata keçirilməsi planlaşdırılırdı).
ABŞ Kosmik Agentliyinin direktorunun sözlərinə görə, gecikmə koronavirus pandemiyası, həmçinin Ayın eniş aparatının hazırlanmasının İlon Maskın "SpaceX" şirkətinə verilməsi ilə əlaqədar Ceff Bezosun "Blue Origin" şirkətinin məhkəmə müraciəti ilə əlaqədardır.
"Biz məhkəmə çəkişmələrində demək olar ki, yeddi ay itirdik. Bu, yəqin ki, ilk (planlaşdırılmış) eniş mərhələsini ən azı 2025-ci ilə qədər təxirə saldı", - deyə Nelson izah edib.
O, həmçinin bildirib ki, indi, astronavtların Ay səthinə enməsindən əvvəl modulun ekipajsız endirilməsi planlaşdırılır. /oxu.az

Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü
Azərbaycanda bu məhsullar bahalaşdı
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR