Biləsuvarın sabiq icra başçısının məhkəməsi qeyri-müəyyən müddətə təxirə salındı
Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesinin növbəti tarixi vəziyyətindən asılı olacaq.
Bu barədə Oxu.Az-a onun vəkili məlumat verib.
Onun sözlərinə görə, M. Quliyevin vəziyyətindən asılı olaraq bu məsələyə baxılacaq:
"Hələ ki, vəziyyəti ağır olaraq qalır. Bu səbəbdən növbəti prosesin tarixi ilə bağlı heç nə demək mümkün deyil".
Xatırladaq ki, vəzifə cinayətlərinə görə həbs olunmuş Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev koronavirusa yoluxub. Xəstəliyi ağır keçirdiyindən o, Dövlət Gömrük Komitəsinin İxtisaslaşmış Hospitalına yerləşdirilib, süni tənəffüs aparatına qoşulub.
Qeyd edək ki, M. Quliyevin məhkəmə iclası 10 sentyabr tarixinə təyin olunmuşdu. Sabiq başçının koronavirusa yoluxması səbəbi ilə proses qeyri-müəyyən müddətə təxirə salınıb.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR