Binəqədi rayonunda Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksləri ziyarəti edildi - FOTOLAR

Binəqədi rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr-  "Anım Günü" münasibətilə II Fəxri Xiyaban və rayon ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksləri ziyarəti edildi.
Ziyarətdə Rayon İcra Hakimiyyəti Başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Hüquq Mühafizə orqanları və şəhid ailələrinin üzvləri iştirak edirdilər.
Əvvəlcə Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra din xadimi Hacı Rafayıl Abbasov tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxundu.
Daha sonra Rayon İcra Hakimiyyəti Başçısı Elxan Allahverdiyev açılış nitqi edərək bildirdi ki, 2020-ci ilin sentyabr ayından başlayan əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyindən bəhs edərək, ordumuzun şücaətindən danışdı. "17 il ərzində Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan  İlham Əliyev ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Şəhidlərimizin ruhu qarşısında baş əyirik" deyə, vurğuladı. 
Çıxış edənlər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov və   Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov bildirdilər ki, "17 il ərzində Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğundan  danışdı və əlavə etdi ki, Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. "
Sonda qəhrəman oğullarımızın ailə üzvləri- şəhid əsgər Sahib Abbasovun  atası Vahid Abbasov və İbrahim İbrahimovun bacısı Cahanxanım İbrahimova öz çıxış edərək  bildirdilər ki, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca Zirvə - Şəhidlik məqamına yüksələn igid Vətən oğulları ilə fəxr edirik. Şəhid atası övladının Vətən uğrunda həlak olduğunu və bununla fəxr etdiyini dedilər. O, övladının xatirəsinin əziz tutulduğuna, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdilər.
Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında "Anım Günü" kimi qeyd edilməsi qərara alınmışdır.
Vətənimiz uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Allah rəhmət eləsin!
Binəqədi rayonunda Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksləri ziyarəti edildi - FOTOLARBinəqədi rayonunda Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksləri ziyarəti edildi - FOTOLARBinəqədi rayonunda Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksləri ziyarəti edildi - FOTOLARBinəqədi rayonunda Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksləri ziyarəti edildi - FOTOLARBinəqədi rayonunda Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksləri ziyarəti edildi - FOTOLARBinəqədi rayonunda Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksləri ziyarəti edildi - FOTOLARBinəqədi rayonunda Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksləri ziyarəti edildi - FOTOLAR

Sosial       Tarix: 27 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Azərbaycanda qızıl bahalaşdı

Qızılın sentyabrın 9-na olan göstəriciləri açıqlanıb. KONKRET.azxəbər verir ki, qızılın 1 unsiyası 7541.6080 manat, 1 qramı isə 242.47 manat təşkil edib. Qiymətlər əyyarlar üzrə 99 əyyar təmiz qızılda 242.47 ₼, 750 əyya

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır


son xeberler azerbaycan xeberleri yeni xeberler hava haqqinda son.xeber sonxəbərlər sonxəbər