Binəqədi rayonunda "Vətən Sizi Unutmayacaq!" adlı tədbir keçirildi

Binəqədi rayonunda 24 may 2022-ci il tarixində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində Binəqədi Rayon İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin  birgə təşkilatçılığı ilə "Vətən Sizi Unutmayacaq!" adlı tədbir keçirildi.
Tədbirdə Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov, Binəqədi Rayon İcra başçısının müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Rüfət Əhmədov və  rayon ərazisində yaşayan şəhid ailələrinin üzvləri iştirak edirdilər. 
Tədbir dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən oğul və qızlarımızın əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsindən və Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu. 
Giriş nitqi ilə şəhid ailələrini və qonaqları salamlayan Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova çıxışında vurğuladı ki, "Hər bir xalq, hər bir dövlət üçün onun dövlətçilik ənənələrinin davamlı olması, müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması tarixin istənilən dövründə ən önəmli məsələlərdən biri olmuşdur. 
Azərbaycan xalqı da  dünyada öz tarixini, dövlətçilik ənənələrini, milli şüur və qəhrəmanlığını hər zaman qoruyan, tarixin bütün dövrlərində dövlətini, xalqını qorumaq üçün neçə-neçə qəhrəmanlar yetişdirən xalqlardan biridir.  Dövlətin və xalqın çətin günlərində arxalandığı, köməyinə yetişəcəyindən əmin olduğu qəhrəmanlar vardır. 44 gün ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə  döyüş əməliyyatlarının aparılmasının çətin olduğu Qarabağ kimi bir ərazinin düşməndən azad olunması Azərbaycan əsgərinin şücaətinin və fədakarlığının göstəricisidir.
Təəssüf  ki, döyüşdə əldə olunan uğurlar şəhidsiz və ağrı-acısız olmur. Məhz Vətən müharibəsi  şəhidlərinin, qazilərinin, əsgərlərimizin sonsuz qəhrəmanlıqları sayəsində Azərbaycan bayrağı Qarabağda, Şuşada dalğalanır. Bizə tarixi qələbəni bəxş edən şəhidlərimizin əziz xatirəsi hər zaman əziz tutulacaq və əbədiyyən qəlblərdə  yaşayacaqdır".
Növbəti çıxış edən Fövqəladə Hallar Nazirliyi Bakı Regional Mərkəzinin rəis müavini Kamil Bağırov qəhrəman oğullarımızın göstərdikləri şücaətdən söhbət açaraq, Qarabağın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsi məqsədilə onların canı, qanı bahasına azad olunan ərazilərdə ağacəkmə aksiyalarının keçirilməsinin işğala məruz qalan ərazilərdə təbiətimizin bərpası üçün əhəmiyyətini vurğuladı.  Xüsusilə düşməndən azad olunmuş yurdumuzda aparılan işlər zamanı həmişə diqqətə alınan bu mövzu dövlətin şəhidlərimizin xatirəsinə verdiyi dəyərin və diqqətin göstəricisidir. Bu  işlərdən biri də Fövqaladə Hallar Nazirliyi əməkdaşlarının və şəhid ailələrinin iştirakı ilə işğaldan azad olunmuş ərazilərimizdə  hər bir şəhidimizin adına ağacların əkilməsidir. 
 YAP Binəqədi rayon təşkilatının sədr müavini Sevinc Abdullayeva çıxışında bildirdi ki, "Qorxu duymadan, ürəklərində böyük Vətən sevgisi ilə qəhrəmancasına döyüşüb şəhid olan oğullarımız bir daha sübut etdilər ki, bu xalqın qəhrəmanları yüzlərlə, minlərlədir. Onların ömür yolu gənclərimizə nümunədir. Uşaqdan-qocaya hər bir vətəndaşımız şəhidlərimizi daim böyük ehtiramla anır, onların qəhrəmanlığını örnək bilir. Şəhidlər ölməz, unudulmaz! İllər keçsə də, gələcək nəsillər onları hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər.  Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan Böyük Qələbə üğrunda həlak olan oğul və qızlarımızın xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaqdır".
Sonda tədbirdə iştirak edən şəhid ailələri ölkə başçısına onlara göstərilən diqqət və qayğiya görə təşəkkürünü bildirdilər və Fövqaladə Hallar Nazirliyinin əməkdaşlarının Həmkarlar İttifaqı tərəfindən işğaldan azad olunan ərazilərimizdə əkilməsi üçün ağacların ianə olunmasını təsdiq edən sertifikatlar şəhid ailələrinin üzvlərinə təqdim olundu. 
Binəqədi rayonunda Binəqədi rayonunda Binəqədi rayonunda

Sosial       Tarix: 26 may 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

AMB-dən yeni məzənnələr: Avro 1,94 manatı keçdi

Azərbaycan Mərkəzi Bankı 23 iyun tarixinə qüvvədə olan rəsmi valyuta məzənnələrini elan edib. xəbər verir ki, məlumata əsasən, ABŞ dollarının məzənnəsi sabit qalaraq 1,700 manat səviyyəsində müəyyənləşdirilib. Bu gün üçü

Yayda dənizə gedənlər bunları bilməlidir - Əks halda istirahət faciəyə çevrilə bilər

Dəniz mövsümünün başlaması ilə istirahət üçün dənizə üz tutanların sayı artıb. Lakin təhlükəsizlik qaydalarına əməl edilməməsi, xüsusilə də küləkli hava şəraitində dənizə girmək ciddi fəsadlara yol aça bilər. Fövqəladə Halla

Daha bir azərbaycanlı Ukraynada həlak oldu

Ukraynada davam edən hərbi əməliyyatlarda daha bir azərbaycanlı həlak olub. xəbər verir ki, 1982-ci il təvəllüdlü Abdullayev Vüsal Bəşir oğlu şiddətli döyüşlər zamanı həyatını itirib. Mərhumun nəşi bu gün Azərbaycana gətirilib

Yayın istilərində ürək sağlamlığı üçün 5 həyati xəbərdarlıq

Yay aylarının başlaması ilə birlikdə temperatur və rütubətin artması xüsusilə ürək-damar sağlamlığı üçün risk yaradır. . -un -a istinadən məlumatına görə, kardiologiya mütəxəssisi Dr. Mehmet Gültekin Erçan bildirib ki, həddində

Dünya bazarında neft ucuzlaşmaqda davam edir

Qlobal enerji bazarlarında neftin qiyməti aşağı düşməkdə davam edir. KONKRET.azxəbər verir ki, son ticarət əməliyyatlarında Şimal dənizindən hasil olunan "Brent" markalı neftin bir barreli 77,62 dollara qədər ucuzlaşıb

Ölümündən sonra təltif edilən polkovniklər

Prezident İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra təltif edilənlər arasında yüksəkrütbəli hərbi qulluqçular da var. xəbər verir ki, onlardan üçü polkovnik-leytenantdır. . Tibb xidməti polkovnik-leytenantı Abdullaye

Nəriman Həsənzadənin vəziyyəti açıqlandı

Xəstəxanaya yerləşdirilən Xalq şairi Nəriman Həsənzadənin vəziyyəti açıqlanıb. xəbər verir ki, Mərkəzi Klinikadan APA-ya verilən məlumata görə, Xalq şairinin vəziyyəti ağır stabil olaraq qalır. Bildirilib ki, Nəriman Həsənzadəni

Həkim dərman qəbulu üçün ideal saatları açıqladı

Dərmanların effektivliyi onların qəbul edildiyi günün vaxtından asılı olaraq dəyişə bilər. Bunun əsas səbəbi orqanizmdəki biokimyəvi prosesləri idarə edən sutkalıq ritmlərdir. Kimya elmləri namizədi, dosent Aleksey Pano

Taksi qiymətləri yaxın perspektivdə ucuzlaşacaq? - AÇIQLAMA

"Azərbaycanda taksi xidmətlərinin qiymətlərinin yaxın gələcəkdə aşağı düşəcəyi gözlənilmir. Hazırkı bazar şəraiti qiymətlərin daha çox artım istiqamətində dəyişəcəyini göstərir". xəbər verir ki, bunu -ə açıqlamasınd


azerbaycan xeberleri yeni xeberler son xeberler az xeber en son xeberler bu gun hava haqqinda cəbhədən görüntülər