"Bir ağac bir nəfəs" devizi ilə ağacəkmə aksiyası keçirilib - FOTO
"Bir ağac bir nəfəs" devizi ilə ağacəkmə aksiyası keçirilib - FOTO
"Nəfəs" İctimai Birliyi Huner Group-un dəstəyi ilə birgə aprelin 30-da "Bir ağac bir nəfəs" devizi altında genişmiqyaslı ağacəkmə aksiyası həyata keçirib.
Oxu.Az xəbər verir ki, Huner Group-un təsisçisi və direktoru Ehtiram Quliyevin və "Nəfəs" İctimai Birliyinin sədri Firəngiz Balakişiyevanın rəhbərliyi ilə keçirilən aksiyada təbiət dostu könüllülər də iştirak ediblər.
Belə ki, aksiya çərçivəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin inzibati ərazisində ümumilikdə 500 ədəd şam ağacı əkilib və ətraf ərazidə abadlıq işləri aparılıb.
Ətraf mühitin mühafizəsinin, yaşıllıq zonasının, yaşam mənbəyimiz olan ağacların çoxaldılmasının vacibliyinə diqqət çəkmək istəyən hər iki qurum bu aksiyanı "Bir ağac bir nəfəs" devizi ilə davamlı olaraq həyata keçirəcəyini bildirib.
Qeyd edək ki, "Nəfəs" İctimai Birliyi eyni maraqlar altında birləşmiş könüllülərin təşəbbüsü ilə yaradılan, gəlir əldə etməyi nəzərdə tutmayan, dayanışma və yardımlaşma prinsipləri ilə fəaliyyət göstərən insanlıq hərəkatıdır.




Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR