Bir Azərbaycan şirkəti "McDonald`s"ın tədarükçüsünə necə çevrildi? - FOTO

Bir Azərbaycan şirkəti Əminik ki, salat və burgerlərin hazırlanmasında istifadə edilən kahı, pomidor, həmçinin digər kənd təsərrüfatı məhsullarının tədarükçüsü olan Azərbaycan şirkəti - A AGRO MMC-nin "McDonald`s" şirkəti ilə fəal əməkdaşlıq etdiyini bilmək oxucularımıza maraqlı olacaq.
A AGRO MMC-nin beynəlxalq keyfiyyət standartlarına uyğunluğu necə təmin etməsi barədə daha çox məlumat əldə etmək üçün müxbirimiz bu şirkətin istehsal müəssisəsində olub.
Müəssisənin fəaliyyəti ilə bizi A AGRO MMC-nin direktoru Pərviz Haqverdiyev və keyfiyyət üzrə meneceri Asif İbrahimov tanış edib.
Söhbət zamanı Pərviz Haqverdiyev şirkətin bir neçə standart üzrə uyğunluq sertifikatı aldığını vurğulayıb. 
"Bu sırada GLOBALG.AP standartını da göstərmək olar. Kənd təsərrüfatı istehsalçıları üçün nəzərdə tutulmuş bu beynəlxalq standartın məqsədi qida məhsullarının təhlükəsizliyinin, əməkdaşların sağlamlığının və təhlükəsizliyinin, həmçinin ətraf mühitin mühafizəsinin təmin edilməsidir. Onun milli standartlardan əsas fərqi təkcə yekun məhsulun keyfiyyətinin qiymətləndirilməsini deyil, bütün istehsal prosesini əhatə etməsindədir.
Bizim həmçinin SA 8000 standartı (sosial məsuliyyət) üzrə də sertifikatımız var. Onun əsas məqsədi əməkdaşların əmək şəratinin yaxşılaşdırılmasıdır.
"Məlum olduğu kimi, bu standartın tələbləri işçilərin qorunmasına, onlara qarşı hörmətli münasibətin və təhlükəsizliyin təmin edilməsinə, həmçinin əmək münasibətləri prosesində hüquq pozuntularının aradan qaldırılmasına yönəlib. "McDonald`s" bütün tədarükçülərindən bunu tələb edir.
Bundan başqa, "McDonald`s" korporativ Tədarükçülərin Keyfiyyət İdarəetmə Standartını (Supplier Quality Management System - SQMS) tətbiq edir. Zəmanətlərin təmin edilməsi üzrə bu xüsusi proqram tədarükçülərə etibarlı idarəetmə sisteminin mövcudluğunu nümayiş etdirmək, həmçinin "McDonald"s"ın ən yüksək tədarük zənciri standartlarına uyğun fəaliyyət göstərdiyinə zəmanət vermək imkanı yaradır", - Pərviz Haqverdiyev vurğulayıb.
Şirkətin direktoru müəssisədə hər il 12-dək auditin keçirildiyini bildirib: "Həm planlaşdırılmış, həm də planlaşdırılmamış auditlər keçirilir. Bəzi yoxlamalar barədə bizə əvvəlcədən məlumat verilir, bəziləri isə xəbərdarlıqsız həyata keçirilir. Hər il müəssisədə fövqəladə hallarla bağlı 2-3 tədbir keçirilir. Bu tədbirlər sırasına məhsulun geri çağırılması ilə bağlı ssenarilərin işlənməsi də daxildir".
Əkin sahələri ilə tanışlıqdan sonra bizi məhsulların qəbul və saxlanması məntəqəsinə dəvət etdilər.
"Bura gətirilən məhsullar üç mərhələdə yoxlamadan keçirilir: vizual baxış, məhsulun istehsalata yararlığının yoxlanması və nəhayət, laborator yoxlama. Yalnız bundan sonra məhsulun istehsalata yararlılığı barədə yekun qərar qəbul edilir", - Pərviz Haqverdiyev deyib.
Onun sözlərinə görə, "McDonald"s" standartları bir çox digər detalları da əhatə edir.
"Məsələn, soyuducuya ən əvəəl məhsul oradan ən tez çıxmalıdır. Hər bir məhsulun üzərində mütləq istehsal tarixi, yararlılıq müddəti və s. əks olunur. Saxlanma temperaturu ilə bağlı da çox ciddi qaydalar var", - Haqverdiyev əlavə edib. O, burada gündə 3 dəfə sanitar-gigiyena tədbirlərinin həyata keçirildiyini vurğulayıb.
Həmsöhbətimizin sözlərinə görə, bu məntəqəyə çıxışı olan əməkdaşlar hər 6 aydan bir tibbi baxışdan keçirilirlər, əks halda işə buraxılmırlar.
"Məhsulların yuyulmasına gəlincə, bu da 3 mərhələdə həyata keçirilir - əvvəlcə kömür, duz və əks osmos süzgəclərindən keçmiş su ilə məhsul mümkün çirkdən, həşəratlardan və ziyanvericilərdən təmizlənir.
Yuyulduqdan sonra məhsul təkrar suya çəkilir və qurudulur. Yalnız bundan sonra çəkilmiş və təmizlənmiş məhsul metal detektorundan keçirilir və anbara göndərilir.
Beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, A AGRO şirkətinin keyfiyyət üzrə meneceri Asif İbrahimov bizimlə söhbət zamanı bildirib ki, 2000-ci illərin əvvəllərindən başlayaraq Azərbaycanda beynəlxalq keyfiyyət standartlarının fəal tətbiqi həyata keçirilir:
"Sənaye məhsulları sahəsində bir neçə standart tətbiq olunur. Misal kimi, ISO və BRC ("British Retail Consortium") standartlarını göstərmək olar. Bundan başqa, böyük beynəlxalq brendlərin öz korporativ standartları da var. Ən tələbkar standartlardan biri "McDonalds"a məxsusdur. Bu standartlar sosial məsuliyyətdən tutmuş qida təhlükəsizliyinədək geniş sahələri əhatə edir. Biz bu auditdən uğurla keçmişik və hazırda "McDonalds" ilə əməkdaşlıq edirik".
A.İbrahimovun sözlərinə görə, ölkəmizdə ən çox tətbiq olunan ISO 22000 standartıdır. Bu standarta görə keyfiyyətli məhsul istehsalı üçün zəruri olan bütün birbaşa və köməkçi sahələr üzərində nəzarət məcburi şərt hesab olunur.
Ekspertin fikrincə, qida sənayesi inkişaf etdikcə, müştərilərin tələbi artdıqca, istehsalçılar qida məhsullarını daxili və xarici bazarlara çıxardıqca keyfiyyət standartlarının tətbiqi də artır.
"Son illərin hadisələri keyfiyyətli yerli məhsul istehsalının artırılmasını daha aktual vəzifəyə çevirdi. Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanda bunun üçün bütün zəruri şərait yaradılıb", - A.İbrahimov əlavə edib.
Bir Azərbaycan şirkəti Bir Azərbaycan şirkəti Bir Azərbaycan şirkəti Bir Azərbaycan şirkəti Bir Azərbaycan şirkəti Bir Azərbaycan şirkəti Bir Azərbaycan şirkəti Bir Azərbaycan şirkəti Bir Azərbaycan şirkəti Bir Azərbaycan şirkəti

İqtisadiyyat     Baxılıb: 287   Tarix: 22 avqust 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda bu şəxslər pensiyaya 5 il tez çıxacaqlar

"Əmək pensiyaları haqqında" qanunun 8-ci maddəsinə edilən dəyişikliyə əsasən, əvvəllər qadınlara şamil olunan güzəştli pensiya hüququ hazırda kişilərə də şamil olunur. xəbər verir ki, bunu Milli Məclisin Sosia

"Qızlara ağ yaraşır" layihəsinin iştirakçıları Azercell-in qonağı oldular

Layihə çərçivəsində cüdoya başlayan yeniyetmə qızlarla görüş keçirildi. xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində "Qızlara ağ yaraşır" sosial təşəbbüsü çərçivəsində cüdo ilə məşğul olmağa başlaya

"Azərsun Holdinq" "Təmiz Dünya" İctimai Birliyinə dəstək verəcək

"Azərsun Holdinq" sosial məsuliyyət strategiyasına sadiq qalaraq, "Təmiz dünya" İctimai Birliyinə məhsul təminatı dəstəyi verəcək. xəbər verir ki, əməkdaşlıq çərçivəsində adıçəkilən şirkətlər qrupu  həssa

Möminə xatun türbəsinin bərpasına 10 milyona yaxın pul ayrıldı

Prezident İlham Əliyev Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Sərəncam imzalayıb. xəbər verir ki, Sərəncama əsasən, Naxçıvan şəhərində yerləşən Mömin

"Hörmüz boğazı bağlı qalsa, 2015-ci ildəki yüksək neft qiymətlərini yenidən görə bilərik" – Ekspert

Dünya və Azərbaycan neftinin qiyməti sürətlə artır. Regionda gərginliyin artması, xüsusilə də Hörmüz boğazı ətrafında baş verən hadisələr bazara ciddi təsir göstərir. İranın boğazdan keçən tankerlərə hücumlarından sonra düny

Azərbaycan neftinin qiyməti 103 dolları keçdi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 8,41 ABŞ dolları və ya 8,9% artaraq 103,03 ABŞ dolları olub. Qeyd edək ki, Azərbaycan neftini

Səyahət planlarını Yelo App-ə həvalə et

Mart ayının uzun tətilləri gəlir, deməli, səyahət vaxtıdır! Amma hər səfər öncəsi sənəd toplamaq, sığorta axtarmaq vaxt aparan prosesə çevrilə bilər. Yelo Bank səyahət hazırlıqlarını bir tətbiqə sığdırdı – artıq bütün vacib işlərini Yel

8 Mart ərəfəsində xanım sahibkarlara mikrokredit illik cəmi 8%-dən

Azərbaycanda qadın sahibkarlığı hər keçən gün daha da böyüyür. xəbər verir ki, artıq 338 mindən çox xanım öz uğur hekayəsini yazır və biznesini genişləndirir. Yelo Bank bu müsbət tendensiyanı dəstəkləmək və xanım sahibkarların maliyyə imkanlarını dah

UPT pulköçürmələri artıq TuranBank mobil tətbiqində

Rəqəmsal bankçılıq xidmətlərinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətini davam etdirən TuranBank ASC məsafədən xidmət imkanlarını daha da təkmilləşdirərək növbəti innovativ layihəsin


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gune olan xeberler meherremlik 2026 cəbhədən son məlumat valyuta mezennesi banklar