Trampın ağır məğlubiyyəti: iki ştatı, bir şəhəri itirdi
Demokrat qadınlar Ebigeyl Spanberger və Mikki Şerrillin Virciniya və Nyu Cersi ştatlarında keçirilən qubernator seçkilərində, müsəlman əsilli demokrat Zöhran Məmdaninin Nyu Yorkun bələdiyyə sədri seçkisində qələbəsi Prezident Donald Trampın ağır məğlubiyyətidir. ABŞ-da ekspertlər bu seçkilərin seçicilərin Trampa münasibətinin bariz nümunəsi və ifadəsi hesab edirlər. Xüsusilə Nyu Cersi seçkiləri Trampa etimad referendumu (referendum on Trump) kimi dəyərləndirilirdi.
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Xaqani Cəfərli qeyd edib.
"İki ştatda qubernator seçkisində qadın namizədin, Nyu Yorkda isə müsəlman əsilli namizədin qalib gəlməsi XXI əsrin qadın əsri olduğunu, qadınların rolunun çox önə çıxacağını təsdiq edir.
4 noyabr seçkiləri Tramp və Respublikaçılar Partiyası üçün həyəcan siqnalı olmalıdır. Belə davam etsə, gələn ilin noyabrın 4-də keçiriləcək aralıq seçkilərdə respublikaçılar Nümayəndələr Palatasının tam tərkibinin və Senatın üçdə birinin seçkilərini uduzacaqlar. Demokartlar Konqresdə çoxluğu qazansalar, Trampa qarşı impiçment tətbiq etməyə çalışacaqları isə gün kimi aydındır. Konqresdə azlıqda ola-ola buna cəhd edirlərsə, çoxluğu ələ keçirdikdən sonra buna dərhal cəhd edəcəklərini proqnozlaşdırmaq çətin deyil. Bu isə respublikaçıların 2028-ci il prezident seçkilərini də bəri başdan uduzması demək olar.
Zaman Trampın və Respublikaçılar Partiyasının əleyhinə işləyir. Aralıq seçkilərə bir ildən az vaxt qalır. Tramp seçicilərin etimadını geri qazanmaq üçün qətiyyətli addımlar atmalıdır. Ona görə də tərəddülərdən xilas olub, Venesuela, İran və Rusiya məsələsində uğur qazanmalı, Kanada kimi yaxın müttəfiqi ilə münasibətləri əvvəlki səviyyəyə qaytarmalıdır", – politoloq vurğulayıb.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib