Bir bankda faiz 10-12, digərində 25-30: Banklarda kredit faizləri niyə FƏRQLİDİR?
Vətəndaşların bank kreditlərinə müraciəti mütəmadi davam edir. Lakin bankların təklif etdiyi kredit faizləri fərqlənir.
Bəs buna səbəb nədir?
KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bankların kredit faizləri bir neçə əsas amilə görə formalaşır. Bura bankın maliyyə resurslarının dəyəri, risk səviyyəsi, krediti növü və müddəti, müştərinin maliyyə vəziyyəti daxildir.
Maliyyə mütəxəssisi İsmayıl Məmmədov bildirib ki, banklar kredit verərkən ilk növbədə mümkün riskləri hesablayır:
"Risk yüksək olduqca faiz də artır. Əsas bankların faiz dərəcələri arasındakı fərq mənbəsindən, resursların cəlb edilmiş dərəcələri və onların risk dərəcələri nəzərdə tutulur. Kreditin qaytarmama riski hesablanır, buna uyğun olaraq da faiz dərəcəsi nəzərə alınır. Risk dərəcəsi az olana daha aşağı faiz, risk dərəcəsi yüksək olanda isə daha yüksək faizlə kredit təklif olunur.
Digər səbəb isə onların maliyyə siyasəti və cəlb etdikləri vəsaitlərin qiymətidir. Bəzi banklar depozitləri daha yüksək faizlə cəlb etdikləri üçün kreditləri də nisbətən baha təqdim edir. Müştəri cəlb etmək istəyən banklar bazarda rəqabət yaratmaq üçün daha aşağı faizlə kredit kompaniyaları həyata keçirirlər. Bazarda minimal faizlər 10-12, 25-30 faizə qədər yüksələ bilir".
Vətəndaşlara kredit götürməzdən əvvəl bankların faizlərini hesablamaları tövsiyə olunur.
Turlar.az [newsid: 0-123300]

Milli Qəhrəmanın oğlu qəzaya düşdü
Prezident İlham Əliyev Vyetnama rəsmi səfərə gəldi
İlhamə Abdullayeva vəzifəsindən azad edildi - Yeni təyinat
Novo uşaqlarda piylənmə üzrə yeni tədqiqatın nəticələrini açıqladı
Qarakənd faciəsindən 35 il ötür
Azərbaycana ən çox pul ödəyən ölkələr AÇIQLANDI - Buna görə
Qırmızı Ürəklər Fondunun "Zəfər Payı" xeyriyyə aksiyası uğurla yekunlaşdı
Ağdamın işğaldan azad olunmasından 6 il ötür
Azərbaycan Prezidentinin səfəri Vyetnam mediasının diqqət mərkəzindədir
Azərbaycan səfiri etimadnaməsini Estoniya Prezidentinə təqdim edib
"Sabah" - "Barselona" matçına 74 ölkədən bilet alınıb - FOTO
FİFA prezidentinə namizəd onlardır
Eyni kənddə bir ayda ikinci hadisə: Yeniyetmə oğlan 15 yaşlı qızı qaçırdı