Bir deputat "1,1 milyard manat azalacaq", digəri isə "bundan söhbət gedə bilməz" deyir
Bir deputat "1,1 milyard manat azalacaq", digəri isə "bundan söhbət gedə bilməz" deyir
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov deputat həmkarı Tahir Kərimlinin hərbi xərclərin azalacağı ilə bağlı fikrinə münasibət bildirib.
Deputat Oxu.Az-a açıqlamasında deyib ki, əgər hərbi xərclərdə azalma nəzərdə tutulursa, o da Tahir Kərimli kimi buna etiraz edərdi.
T.Kərimli Milli Məclisin iclasında 2020-ci ilin dövlət büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycanda 2023-cü ilə qədər hərbi xərclərin 1,1 milyard manat azalmasının proqnozlaşdırıldığını deyib və buna etiraz edib.
Millət vəkili E.Məmmədov isə düşünür ki, hərbi xərclərin azaldılmasından söhbət gedə bilməz.
"Biz müharibə vəziyyətində olan dövlətik. Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Azərbaycan ordusunun ən yüksək səviyyədə silahlanması, hərbi-fiziki, mənəvi hazırlığının ən yüksək səviyyədə olması üçün həmişə müvafiq tədbirlər görülür. Bu gün Azərbaycanın qarşısında çox məsul, şərəfli vəzifə durur: düşməni işğal edilmiş torpaqlarımızdan çıxarmaq və ərazi bütövlüyümüzü təmin etmək",-deyə E.Məmmədov bildirib.
Deputat qeyd edib ki, T.Kərimlinin dedikləri onun öz fikirləridir.
"Ancaq bu, doqma deyil. Hər şey ölçülüb-biçilib. Azərbaycan ordusu bütün göstəricilərə görə, dünya miqyasında 50 ən güclü ordu siyahısındadır. Gələcəkdə bundan da yüksək sıralarda dayanacaq. Ordumuz ən müasir silahlarla silahlanır və silahlanmalıdır da".
Aqşin Kərimov /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı