Bir il ərzində ABŞ İsrailə 17,9 milyard dollarlıq hərbi yardım edib
ABŞ prezidenti Co Bayden HƏMAS-ın İsrailə hücumunun ildönümü ilə əlaqədar bəyanat yayaraq, hücumu pisləyib.
KONKRET.azxəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Bayden vitse-prezident Kamala Harrislə birlikdə İsrailin təhlükəsizliyinə tam sadiq olduqlarını vurğulayıb.
Biz İsrailin özünü müdafiə etmək hüququnu dəstəkləyirik: "Ötən həftə mənim göstərişimlə Birləşmiş Ştatlar ordusu İsrailin uğurlu müdafiəsini bir daha fəal dəstəklədi" – deyə Bayden bildirib. O, HƏMAS-ın hücumunun İsrail üçün dəhşətli nəticələrini təqdim edərək, bunun fələstinlilər üçün də çox pis nəticələr verdiyini və genişmiqyaslı münaqişənin başlandığını deyib. HƏMAS-ın bir il əvvəl həyata keçirdiyi hücum nəticəsində 1200-ə yaxın insan həlak olub, 250-yə yaxın adam əsir götürülüb. Onların bir hissəsi 2023-cü ildə geri qaytarılıb. İsrailin cavabı nəticəsində Qəzza zolağında qurbanların sayı 42 min nəfərə çatıb və anklavın 2,3 milyon əhalisinin əksəriyyəti didərgin düşüb.
Braun Universitetinin "Müharibənin qiyməti" layihəsi çərçivəsində dərc olunan hesabata görə ABŞ İsrailə bir il ərzində 17,9 milyard dollar hərbi yardım edib. Oktyabrın 1-i axşam saatlarında İran İsrailə 180-dən çox ballistik raket atıb və onların əksəriyyəti vurulub. Tehranın məlumatına görə, İsrailin "Mossad" kəşfiyyat xidmətinin qərargahına, F-15 təyyarələrinin yerləşdiyi "Nevatim" aviabazasına, həmçinin "Hatzerim" hərbi bazasına hücumlar edilib.
Vəli Həsənoğlu,
KONKRET.az

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb