Bir inci saflığı varsa da suda, artıq içiləndə... - Dietoloqdan AÇIQLAMA

Bir inci saflığı varsa da suda, artıq içiləndə... - Dietoloqdan AÇIQLAMATürkiyəli professor Mahmut Yavuz bildirib ki, həddən artıq və şüursuz şəkildə su içmək insan orqanizmində tarazlığı poza bilir. Buna görə də, su bədən indeksi və sərf olunan kalori nisbətinə görə tələb olunan miqdarda içilməlidir. Həkim bildirib ki, son zamanlar pəhriz saxlayanlar arasında çox su içmə dəb halını alsa da, bu ciddi fəsadlara səbəb ola bilir. Belə ki, o, həddən artıq su qəbulunun ürək çatışmazlığına səbəb ola biləcəyini söyləyib.
Maraqlıdır, su içməyin insana hansı faydaları və ziyanları var? Pəhriz zamanı bol su içmək orqanizmə təhlükə yaradırmı?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarına cavab verən həkim-dietoloq Ofelya Tahirova bildirib ki, hər bir insanın gündəlik olaraq içəcəyi su 2-2,5 litr arasında dəyişir. Amma bu individiual deyil və ümumi göstəricidir. Fərdi olaraq insanın hər bir kiloqramına 30 milliqram su düşür. Su orqanizm üçün çox önəmlidir. Saf su bədəndən toksinləri və ağır metalları çıxarır, qəbizliyi aradan qaldırır. Dərinin sağlam və gözəl olmasında onun əvəzsiz rolu var.
Lakin suyun qəbulun vaxtı və miqdarı çox önəmlidir. Yeməkdən əvvəl və yemək vaxtı su içmək olmaz. Su yeməkdən 20-30 dəqiqə əvvəl içilə bilər. Gün ərzində səhər içilən ilk suyun temperaturuna diqqət edilməlidir. Xüsusilə qış aylarında su ilıq və yuxudan oyandıqdan sonra ac qarına içilməlidir.
Hər şey kimi suyun da normadan artıq qəbulu bütün orqanizm üçün zərərlidir. Normadan artıq qəbul edilən su xüsusilə ürək xəstəlikləri olan şəxslər üçün təhlükəlidir. Çünki orqanizmin suyu bədəndən çıxarmaq qabiliyyəti var. Bu normanı aşdıqda insan üçün bəzi problemlər yarana bilir".
Bir inci saflığı varsa da suda, artıq içiləndə... - Dietoloqdan AÇIQLAMAHəkim-dietoloqun fikrincə, suyun miqdarından əlavə tərkibi də sağlamlığımız üçün mühüm rol oynayır:
"Saf və təmiz olmayan su qəbulu orqanizm üçün böyük fəsadlar yaradır. Saf olmayan suyu içdiyimiz zaman bu, mədə-bağırsaq infeksiyalarının və digər patoloji xəstəliklərin yarnmasına gətirib çıxara bilir. Bəzi insanlar yalnız pəhriz zamanı su içir. Lakin su yalnız pəhriz zamanı içilməməlidir, bu, yanlış fikirdir. Hər insanın gündəlik su tələbatı var. Düzdür, su maddələr mübadiləsini tənzimləyir və orqanların fəaliyyətini yaxşılaşdırır. Buna görə də, pəhriz zamanı su qəbulu vacibdir. Lakin pəhrizdə olmayanlar da gündəlik tələbata uyğun su içməlidir. Məlumdur ki, yay aylarında insan çox tərləyir. Ona görə də, yayda bədən daha çox maye itirir. İsti aylarda bu səbəbdən biz bol miqdarda su qəbul edirik. Qış və yay fəsillərində insan eyni miqdarda su qəbul edə bilməz. Bundan başqa qadın və kişi orqanizmləri fərqli xüsusiyyətlərə malikdir. Kişi orqanizmi tərləməyə daha çox meyllidir və onların bədənindən maye daha çox xaric olunur. Ona görə də, kişilər qadınlardan daha çox su içməlidir".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sağlamlıq       Tarix: 22 mart 2022
f Paylaş

Oxşar xəbərlər

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Güclü istilər gəlir - Ekoloqdan xəbərdarlıq

Yay fəsli Azərbaycana daxil olsa da, hava şəraitinin hələ də yazı və ya payızı xatırlatması, üstəlik yaxın günlər üçün yağış və dolu xəbərdarlıqlarının verilməsi diqqət çəkir. İqlim dəyişikliyi fonunda bu cür kəskin hav

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

D vitamininin ən yaxşı növü: Bunu içməlisiniz

D vitamini bədənimizin düzgün işləməsi üçün lazım olan vacib qida maddələrindən biridir. Sağlam sümükləri, dişləri və əzələləri qorumaq üçün lazım olan fosfat və kalsium miqdarını tənzimləməyə kömək edir. Lazım olan D vitaminini

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand


azerbaycan xeberleri yeni xeberler son xeberler siyaseti xeberler bugun bugünki xəbərlər valyuta məzənnələri sonxabar az