"Bir neçə saatdan sonra çox şey dəyişəcək" - AÇIQLAMA

"Bir neçə saatdan sonra Nyu-Yorkda BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək. İclasda Ermənistanın Azərbaycanla bağlı şikayətinə baxılacaq. Əsasən, Fransanın təhriki ilə TŞ-nin müzakirəsinə çıxarılan bu məsələ Azərbaycana təzyiq xarakteri daşıyır".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Əlavə edib ki, hazırda dramatik vəziyyət yaranıb:
"Ötən ilin dekabrında fransızlar yenə də BMT vasitəsilə Azərbaycana təzyiq etmək istədilər. Amma onların bu fitnələri Azərbaycana dost ölkələr tərəfindən dəf edildi və Fransanın oyunbazlığı keçmədi. Ermənilər Fransanın təhriki və dəstəyi ilə Azərbaycanı "humanitar böhran"a görə yenidən BMT TŞ-yə şikayət ediblər. Məsələ qəbul edilib və bu gün Bakı vaxtı ilə saat 15:00-da müzakirələr başlamalıdır".
Politoloq hesab edir ki, bu, tam əsassız müzakirədir: "BMT TŞ sülh və təhlükəsizlik üçün əhəmiyyətli məsələləri müzakirə etməlidir. Dünyada sülhün və təhlükəsizliyin yaranması üçün səy göstərməlidir. İndi bir ovuc erməni guya qıtlıq çəkdiyini, humanitar problemlərlə qarşılaşdığını əsas gətirərək, Azərbaycan haqqında olmazın uydurmalar və iyrənc böhtanlar yağdırmağa çalışır. BMT TŞ-nin belə kiçik məsələlərə yanaşma tərzi nüfuzunu aşağı salacaq. Çünki belə məsələlər BMT-nin müzakirəsinə çıxarılmamalıdır. Təşkilatın faktaraşdırıcı missiyası var, həmin missiya gəlib məsələni yerində yoxladıqdan sonra hər hansı tövsiyə xarakterli fikirlər irəli sürə bilərdi. Amma heç bir araşdırma aparılmayıb, ermənilərin bilavasitə təhriki və müraciətləri əsasında müzakirə açılması heyrət doğurur.
Q.Hüseynli xatırladıb ki, BMT-nin yüzlərlə qətnaməsi var ki, heç kəs onun yerinə yetirilməsi üçün addımlar atmır:
"Məsələn, İsrail – Fələstin münasibətlərində qəbul edilən 300-dən artıq qətnaməni göz önünə gətirmək lazımdır. Misirlə bağlı qətnamələr var. Mərkəzi Afrika Respublikası ilə bağlı qətnamələr var ki, bunların heç bir təsir gücü olmayıb.
Həmçinin, Birinci Qarabağ müharibəsi dövründə 4 qətnamə qəbul edilmişdi. Lakin bu qətnamələrin icrası istiqamətində BMT bir addım da atmadı. Həmin qətnamələrdə suveren dövlətin ərazilərinin başqa bir dövlət tərəfindən işğalı qeyd edilirdi. Bölgəyə nə sülhməramlı qüvvələr göndərildi, nə də Ermənistan siyasi ittihama məruz qaldı. Bununla da Ermənistan kimi kiçik bir dövlət BMT-nin 4 qətnaməsini yerinə yetirməkdən imtina etdi. Ekspert əlavə edib ki, Azərbaycanın BMT-də ədalətli və obyektiv dostları var:
"Təbii ki, Böyük Britaniyanı nəzərdə tuturam. Zənnimcə, Rusiya regionda Fransanın istəklərinə qarşı siyasət yürütməlidir. Rusiyanın regionda ciddi geosiyasi maraqları olduğundan çox güman ki, ruslar BMT-də hər hansı qərarın qəbul edilməsinin əleyhinə çıxacaq".
"BMT TŞ-nin 5 daimi üzvündən əlavə, 10 qeyri-daimi üzvü də var. Bunların arasında Azərbaycanla strateji tərəfdaşlıq münasibətləri olan ölkələr yer alır. Bunlar Albaniya, Birləşmiş Ərəb Əmirlikləridir. Mali Respublikası Azərbaycanın Qoşulmama Hərəkatında əməkdaşlıq etdiyi ölkədir. Hətta Azərbaycan bu ölkəyə pandemiya vaxtı vaksin yardımı da edib. Deməli, bizim də kifayət qədər tərəfdarlarımız var. Belə baxanda oradakı qüvvələr bərabərdir", – deyən politoloq fikrini tamamlayıb.
Vəli Həsənov,
KONKRET.az

Siyasi       Tarix: 16 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Xankəndidə noyabrın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib. xəbər verir ki, ziyafətd

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri noyabrın 8-də başa çatıb. xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında Türkiyə dövlətinin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Preziden

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Merz Trampla Ukraynadakı müharibəni müzakirə etdi

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb. KONKRET.azaxaraz-a istinadən xəbər verir ki, bu barədə "N-tv" məlumat yayıb. Məlumata görə, hər iki tərəf Ukraynaya qarşı müharibəni

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Qırğız Respublikasının Prezidenti Sadır Japarov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:. "Zati-aliləri,

KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan

Ermənistan artıq KTMT-də iştirak etməkdə maraqlı deyil. axaraz-a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan deyib. "İstəyirəm ki, bundan sonra Ermənistanın KTMT ilə bağlı maraqlarının tükəndiyin

Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır

"Azərbaycan–Çin ticarətində rekord göstəricilər ölkəmizin artan geoiqtisadi əhəmiyyətini nümayiş etdirir". Bu fikirləri -a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Azərbaycanla Çin arasında ticarət dövriyyəsini


son xeberler azerbaycan xeberleri yeni xeberler xabarlar en son xeberler bu gun ən son xəbər şou biznes xəbərləri