Bir qarın yemək qarşılığında restoranlarda reklam çəkən blogerlər...' - Tolik

Bir qarın yemək qarşılığında restoranlarda reklam çəkən blogerlər...' - Tolik"Bu gün tanınan bir çox bloger sosial şəbəkənin hesabına dəbdəbəli həyat yaşayan, bahalı paltar geyinən, bir qarın yemək qarşılığında restoranlarda reklam çəkən, turizm şirkətlərinin hesabına xaricə səfər edən və beşulduzlu otellərdə qalan adamlardır." 
azxeber.com xəbər verir ki, bu sözləri aparıcı, prodüser Tarix Əliyev sosial şəbəkə hesabında yazıb.
O, bəzi blogerləri sərt tənqid edib:
"Hərdən bir sual verməyim gəlir: bu bloggerlər kimdir? "Instagram" yaranmamışdan əvvəl onların fəaliyyəti, həyat tərzi necə olub? Çünki bu gün tanınan bir çox blogger - hamısını demirəm - sosial şəbəkənin hesabına dəbdəbəli həyat yaşayan, bahalı paltar geyinən, bir qarın yeməyi qarşılığında restoranlarda reklam çəkən, turizm şirkətlərinin hesabına xaricə səfər edən və beşulduzlu otellərdə qalan adamlardır.
Bəli, aralarında nümunəvi ailələrdən çıxan, imkanlı valideynləri olan bloger dostlarımız da var. Onların yolu aydındır. Amma bəzi qızların keçmişini araşdırsanız, barlardan, gecə klublarından çıxıb bu gün özlərini "influencer" adlandırdıqlarını görərsiniz. İctimai nüfuz qazanıblar, amma bu nüfuz nəyin əsasında formalaşıb?
Bunların heç bir peşəsi yoxdur. Əgər ciddi araşdırılsa, "bloger" adı altında çox fərqli məqsədlərin gizləndiyini görərik. Göstərdikləri "şahənşah" həyatları, bahalı villalarda çəkilən videoları, çox zaman real deyil. Bu da bəzi imkanlı şəxslərin diqqətini cəlb edir və nəticədə "influencer" adı altında, əslində cəmiyyəti çaşdıran bir proses baş verir.
Amma günah təkcə onlarda deyil. Onlara bu qədər dəyər verən, milyonlarla izləyici bağışlayan da kasıb, sadə insanlardır. Bir telefona, bir paltara, bir şampuna görə onların səhifələrini izləyən cəmiyyətin özü bu süni nüfuzun yaranmasına zəmin yaradıb".
Aysel
Bir qarın yemək qarşılığında restoranlarda reklam çəkən blogerlər...' - TolikBir qarın yemək qarşılığında restoranlarda reklam çəkən blogerlər...' - Tolik

Şou Biznes       Tarix: 05 avqust 2025
f Paylaş

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

P.Diddi həbsxanadan xəstəxanaya aparıldı

Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb. Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindək

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Hande Erçel iranlı rejissorun filmində baş rolu canlandıracaq

Türkiyənin məşhur aktrisası Hande Erçel hadisələri Almaniyada cərəyan edən "Diaspora" adlı dram filmində baş rolu canlandıracaq. Bu barədə "Deadline" nəşri məlumat yayıb. Filmin rejissoru və ssenarist


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber cəbhədən son məlumatlar xəbərlər.com krimnal xeber