Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTOİyunun 29-da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib.
azxeber.com AZƏRTAC-a istinadla xəbər verir ki, iclasda Birinci vitse-prezident Mehriban Əliyeva çıxış edib.
Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışı:
- Hörmətli həmkarlar.
Bu gün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasını keçiririk. Cari ilin fevral ayında Prezident İlham Əliyevin sədrliyi ilə ölkəmizin yeni rəqəmsal inkişaf strategiyasına həsr olunmuş müşavirə keçirilmişdir və verilən tapşırıqlara əsasən, rəqəmsal inkişaf üzrə Fəaliyyət Planı təsdiqlənmişdir. Qarşıdakı üç il üçün rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və innovasiya ekosisteminin inkişafını təmin edən konkret Yol xəritəsi müəyyən olunmuşdur. Şuranın əsas vəzifəsi müxtəlif dövlət qurumlarının fəaliyyətini əlaqələndirməkdən, vahid yanaşma formalaşdırmaqdan və qəbul edilən qərarların vaxtında və səmərəli həyata keçirilməsinin icra olunmasını təmin etməkdən ibarətdir. Bizim məqsədimiz yalnız yeni texnologiyaları tətbiq etmək deyil, eyni zamanda, ölkə iqtisadiyyatına güclü təkan verilməsi, yeni müasir innovasiya ekosisteminin formalaşdırılması, yerli və xarici investisiyaların ölkəyə cəlb olunması, yerli startaplara dəstək göstərilməsi və daha səmərəli dövlət idarəetmə sisteminin yaradılmasıdır.
Süni intellekt artıq gələcəyin deyil, bu günün əsas inkişaf amilidir. Eyni zamanda, süni intellektin dövlətlərin təhlükəsizliyinin təmin edilməsində rolu artmaqdadır və artıq mərkəzi yer tutur. Sirr deyil ki, dünyanın aparıcı dövlətlərində süni intellektin inkişafı gözlənilən proqnozlardan daha sürətli gedir və bu, öz növbəsində həm yeni imkanlar, eyni zamanda, yeni təhlükələr yaradır. Biz yeni çağırışlara, xüsusilə kibertəhlükəsizlik və informasiya təhlükəsizliyi sahəsində olan və yaranan risklərə hazır olmalıyıq.
Fəaliyyətimiz bütün dövlət qurumlarının birgə fəal və səmərəli işini tələb edir. Məqsədimiz Azərbaycanı rəqəmsal inkişaf və süni intellekt sahələrində regionun aparıcı dövlətlərindən birinə çevirməkdir. Biz xarici, beynəlxalq təcrübəni öyrənməli, uğurlu modellərdən istifadə etməliyik. Lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır.
Bugünkü iclasda müşavirədən keçən son aylar ərzində aparılan işlər, əldə edilən nəticələr haqqında Rəşad Nəbiyev məruzə edəcək.
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası ilə bağlı görülən işlər və qarşıda duran vəzifələr barədə Birinci vitse-prezidentə məlumat verib. Qeyd edib ki, fəaliyyət planı rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətləri üzrə 58 təşəbbüsü əhatə edir. Rəqəmsallaşma istiqamətində görülən işlərə toxunan nazir 40 dövlət qurumu ilə Yol xəritələrinin hazırlandığını, onlardan 13-nün artıq təsdiqləndiyini və ya təsdiq mərhələsində olduğunu deyib.
Rəşad Nəbiyev Milli Məlumat Hövzəsinin yaradılması barədə məlumat verib, dövlət informasiya sistemlərinin hökumət buluduna miqrasiyası və yeni data mərkəzinin tikintisi üzrə işlərin davam etdirildiyini vurğulayıb. "MyGov" platformasının xidmət dairəsinin genişləndirildiyini, son üç ayda istifadəçilərin sayının 2.7 milyondan 3.5 milyona çatdığını deyən nazir artıq bir neçə tətbiqin platformaya inteqrasiya olunduğunu, daha yeddi dövlət tətbiqinin xidmətlərinin isə ilin sonunadək vətəndaşların istifadəsinə veriləcəyini bildirib.
Rəqəmsal inkişaf və nəqliyyat naziri fəaliyyət planının əsas prioritetlərindən birinin süni intellekt olduğunu vurğulayaraq, "MyGov" və digər dövlət qurumlarında süni intellekt həllərinin tətbiqinin genişləndirildiyini, virtual vətəndaş köməkçisinin istifadəyə verildiyini deyib.
Rəşad Nəbiyev innovasiya ekosisteminin inkişafı məsələlərinə toxunub, texnoloji suverenliyi gücləndirən sahələrdə fəaliyyət göstərən şirkətləri bir araya gətirmək məqsədilə Azərbaycan Dayanıqlılıq Klasterinin yaradılmasına başlanıldığını vurğuladı və kibertəhlükəsizlik sahəsində görülən işlərdən danışıb. Qeyd etdi ki, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli Kiber İnsidentlərə Qarşı Mübarizə Mərkəzi və Rəqəmsal Təhqiqat Mərkəzinin yaradılması, həmçinin dövlət və özəl sektor arasında operativ məlumat mübadiləsini təmin edəcək vahid milli kibertəhlükəsizlik platformasının qurulması istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov rəqəmsal sahədə qanunvericilik üzrə islahatlar barədə Birinci vitse-prezidentə məlumat verib. Şahmar Mövsumov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biri kimi rəqəmsal transformasiya ardıcıl şəkildə həyata keçirilir. Dövlətimizin başçısının bu ilin fevralında imzaladığı Fərmanla Rəqəmsal İnkişaf Şurasının yaradıldığını və "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"nın təsdiqləndiyini xatırladan Şahmar Mövsumov Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Şurada müəyyən edilmiş strateji prioritetlərə və verilmiş tapşırıqlara uyğun olaraq müasir qanunvericilik bazasının formalaşdırılması istiqamətində kompleks islahatların hazırlandığını deyib. Vurğulayıb ki, bu, postsovet məkanında rəqəmsal ekosistemin inkişafı və tənzimlənməsi istiqamətində həyata keçirilən ən əhatəli və fundamental islahat təşəbbüsüdür.
Şahmar Mövsumov islahatın əhatə etdiyi sahələrə toxunaraq bildirib ki, bunlar hüquqi müəyyənliyin təmini, rəqabətqabiliyyətli vergi mühitinin formalaşdırılması, innovasiyaların maliyyələşdirilməsi, elmi-tədqiqat və innovasiya təşviqləri, istedadların cəlb edilməsi, bazara çıxış imkanlarının genişləndirilməsi və kibertəhlükəsizlik sahəsində tənzimləmənin təkmilləşdirilməsidir.
Prezidentin köməkçisi bu islahatların mühüm cəhətlərindən biri kimi onların dünya təcrübəsinə əsaslandığını deyib, dəyişikliklər hazırlanarkən müxtəlif ölkələrin uğurlu modellərinin öyrənildiyini qeyd edib.
Elm və təhsil naziri Emin Əmrullayev ölkədə təhsilin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və gələcək planlar barədə Birinci vitse-prezidentə məlumat verib. Nazir təhsil müəssisələrinin vahid internet şəbəkəsi ilə təminatı, "Rəqəmsal məktəb" layihəsi, təhsil pillələri üzrə məlumatların rəqəmsallaşması, təhsil sənədlərinin elektronlaşdırılması məsələlərinə toxundu, növbəti mərhələ olaraq tədrisin rəqəmsallaşdırılmasının nəzərdə tutulduğunu dedeyib.
Emin Əmrullayev, həmçinin şagirdlərin rəqəmsal bacarıqlarının inkişafı üçün məktəblərdə həyata keçirilən "Rəqəmsal bacarıqlar", "STEAM Azərbaycan" layihələrini qeyd edib, bu istiqamətdə insan kapitalının inkişafının təmin edilməsinin də əsas prioritetlərdən biri olduğunu vurğulayıb.
İclas müzakirələrlə davam etdirilib.
Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTOBirinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTOBirinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTOBirinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTOBirinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirilib - FOTO

Siyasi       Tarix: 30 iyun 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ardıcıl iki gün, iki mina partlayışı, üç mülki yaralı" - XİN

"Ardıcıl iki gün. İki mina partlayışı. Üç mülki şəxs yaralanıb". xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi sosial media hesabında məlumat yayıb. Bildirilib ki, 2020-ci ildə başa çatan müharibədən sonra Azərbaycand

Türkiyənin ana müxalifət partiyası parçalanır? - İstefalar dayanmır

Türkiyənin Cümhuriyyət Xalq Partiyasında (CHP) parlamentdə qəbul edilən "Çərçivə qanunu"na verilən dəstəkdən sonra ilk istefa baş verib. Belə ki, CHP Çorum İl Qadın Qollarının rəhbəri Özlem Özşahin vəzifəyə təyi

Putin qəti tapşırıq verib: NATO daxildən məhv edilməlidir

Vladimir Putin Rusiya xüsusi xidmət orqanlarına 2026-cı ilə qədər NATO və AB-ni daxildən məhv etməyi tapşırıb. KONKRET.azxəbər verir ki, bu barədə "Nyu York Tayms" məlumat yayıb. "Qərbin Vladimir Putinin onlar

Məkkə sazişi: Türkiyə və Pakistan bu ölkəyə qoşun yeridir

Avqustun 7-də Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında Məkkədə imzalanan kollektiv müdafiə müqaviləsi geniş müzakirələrə səbəb olub. KONKRET. -a istinadla xəbər verir ki, müqavilədə NATO Nizamnaməsinin 5-ci maddəsind

Azərbaycanın Belçikadakı səfiri geri çağırılıb

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyini

"Orada xüsusi bir bənd var…" - İlham Əliyev

"Şuşa işğaldan azad olunandan sonra Rusiya Prezidentinin vasitəsilə üçtərəfli danışıqlar gedirdi. Mən qəti təkid edirdim ki, imzalanacaq bəyanatda Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirə

Ukraynadan Moskvaya ŞOK təklif: Qara dənizdə qarşılıqlı zərbələr

Ukrayna tərəfi Rusiya Federasiyasına Qara dəniz akvatoriyasında mülki obyektlərə qarşı hücumların qarşılıqlı əsasda dayandırılması təklifini irəli sürüb. xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb

Paşinyan niyə Rusiyadan 2 milyard dollar tələb edir? - SƏBƏBİNİ AÇIQLADI

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın ölkənin dəmir yollarını idarə etməsinə görə 2 milyard dolların Rusiyadan tutulması ilə bağlı əvvəlki açıqlamasını dəqiqləşdirib. xəbər verir ki, Paşinyanın sözlərinə görə

Sülh Sammitinin birinci ildönümü ilə bağlı - Birgə Bəyanat

Amerika Birləşmiş Ştatları, Ermənistan Respublikası və Azərbaycan Respublikasının Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı birgə bəyanat yayıb. xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliy


yeni xeberler son xeberler azerbaycan xeberleri sou xeberler bugun axsam az xeberler son xeberler bugun 2026 canli xabarlar