"Birlik" Uşaq Musiqi və Rəqs Festivalına start verilir

Elm və Təhsil Nazirliyinin həyata keçirdiyi "Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi" qrant müsabiqəsi çərçivəsində Azərbaycan Uşaq Fondu tərəfindən yallı rəqsi üzrə "BİRLİK" layihəsinə başlanılır.
azxeber.com xəbər verir ki, layihənin məqsədi Bakı şəhəri və regionlar üzrə ümumi təhsil müəssisələrində musiqi və rəqs sahəsində istedadlı şagirdlərin üzə çıxarılması, onların bu istiqamətdə bacarıqlarının inkişaf etdirilməsi və milli-mənəvi dəyərlərimizin təbliğidir.
Layihə çərçivəsində 
10-18 mart tarixlərində seçim mərhələsi keçiriləcək.
Aprel ayından etibarən yallı rəqsi üzrə hazırlıq məşqləri təşkil olunacaq.
Final mərhələsi may ayının sonu - iyun ayının əvvəlində baş tutacaq.
Nəzərinizə çatdırırıq ki, Bakı şəhərində hər bir rayon üzrə mərkəz kimi təyin edilmiş məktəblərdə yuxarıda qeyd edilmiş tarixlərdə saat 15:00-da seçim turları təşkil olunacaq. Şagirdlər aidiyyəti rayon üzrə mərkəzə yaxınlaşıb seçim turunda iştirak edə bilərlər. 
Regionlardan qoşulmaq istəyən komandalar elektron poçt vasitəsilə müraciət edə bilərlər: [email protected]
Seçim mərhələsində qalib olmuş şagirdlər üçün peşəkar yallı məşğələləri təşkil olunacaq. Layihənin yekununda böyük qala konsertinin təşkili planlaşdırılır. 
Bakı şəhərində seçim turu keçiriləcək mərkəz məktəblər aşağıdakılardır: 
* Nəsimi rayonu - 9 nömrəli tam orta ümumtəhsil məktəbi - 10 mart 
* Xəzər rayonu - 149 nömrəli tam orta ümumtəhsil məktəbi - 11 mart 
* Suraxanı rayonu - 318 nömrəli tam orta ümumtəhsil məktəbi - 12 mart 
* Nərimanov rayonu - 202 nömrəli tam orta ümumtəhsil məktəbi - 13 mart
* Xətai rayonu - 56 nömrəli tam orta ümumtəhsil məktəbi - 16 mart
* Qaradağ rayonu - 228 nömrəli tam orta ümumtəhsil məktəbi - 16 mart 
* Pirallahı rayonu - 168 nömrəli tam orta ümumtəhsil məktəbi - 17 mart
* Sabunçu rayonu - 252 nömrəli məktəb-lisey - 17 mart
* Binəqədi rayonu - 83 nömrəli məktəb-lisey - 18 mart
Bu festival sadəcə bir layihə deyil 
Bir dairə
Bir ritm
Bir gələcəkdir. 
İstedadlı şagirdlərimizi böyük səhnəyə aparan yol başlayır
Əlavə məlumat üçün: 
+994 55 428 08 85 (WhatsApp)
[email protected]

Sosial       Tarix: 06 mart 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Goranboydakı partlayışla bağlı üç qurumdan birgə MƏLUMAT

Ötən gecə Goranboy rayonu, Nizami kəndi yaxınlığında yerləşən sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyini

31 avqust üçün rəsmi valyuta məzənnələri açıqlandı

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 31-nə olan rəsmi valyuta məzənnələrini açıqlayıb. xəbər verir ki, hesabat tarixinə ABŞ dollarının manata nisbətdə məzənnəsi dəyişməyərək 1,700 manat səviyyəsində qalıb. Avronun məzənnəs

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli


son xeberler azerbaycan xeberleri yeni xeberler futbol xeberleri xabar az ən son xəbərlər cəbhədən canlı