Bitki çaylarının qəbul edilməsi təsirli vasitədir
Bitki çaylarının qəbul edilməsi təsirli vasitədir
Dünyada ən çox sevilən içkilərdən biri çay sayılır. Xüsusən də insan orqanizmi üçün faydalı olan bitki çayları əvəzolunmazdır. Bitki çaylarının qəbulu sağlamlığın qorunmasında, çəki atmaq, immunitet sisteminin gücləndirilməsi və bəzi xəstəliklərin müalicəsində istifadə edilən ən mühüm alternativ tibb üsullarından biridir. Ona görə də hansı bitki çayının nəyə yaxşı təsir etdiyini və hazırlanma qaydasını bilmək də vacibdir.
Həkim-fitoterapevt Elnur Eldaroğlu AZƏRTAC-a deyib:
"Bitki çaylarını dəmləyərkən onun temperaturu 70-80 dərəcədən çox olmamalıdır, çünki daha yüksək temperaturda dəmləyəndə təsiri bir qədər zəifləyir. Elə çay ola bilər ki, allergiyaya, mədə-bağırsaq sisteminin işinin pozulmasına səbəb olsun, ona görə də bunları nəzərə almaq lazımdır. Bitki çayları ilə müalicə iki aya qədər davam edə bilər".
Bitki çayları tərkibindəki efir yağları, antioksidantlar və digər birləşmələrə görə sağlamlıq üçün faydalı hesab olunur. Həkim-fitoterapevtin dediyinə görə, qida qəbulundan sonra həzm narahatlığı olduqda nanənin limonlu çaya qarışdırıb içilməsi ən yaxşı yardımçı vasitədir. Qara çaya razyana qatılıb içilməsi köp problemini aradan qaldırır. Qara çaya bir çubuq darçın əlavə edilməsi insulin çatışmazlığı zamanı faydalı təsir göstərir. Darçın şəkərə olan tələbatı və insulin çatışmazlığını aradan qaldırır.
Bitki çaylarını mütəmadi olaraq həddindən artıq istifadə etdikdə sağlamlığa ciddi ziyan verə bilər. Mütəxəssislər hesab edirlər ki, bitki çaylarını istifadə etməzdən əvvəl onların tərkibi haqqında məlumatlı olmaq lazımdır. Həkim-fitoterapevt deyib:
"Yuxarı tənəffüs yollarının problemi ilə üzləşəndə cökə çayından istifadə etmək olar, bal və limon əlavə edilmiş itburnu çayı da təsirli vasitədir. Sarıkök və zəncəfil çayı içilməsi də mikrobları məhv edir, iltihabı prosesin qarşısını alır".
Vitamin və minerallarla zəngin olan bitki çayları bədənin bir çox tələbatını ödəyir və bəzi fizioloji problemləri həll edir. /oxu.az

Paşinyan Azərbaycana gəlmək istəyir
Gəmiyə hücumda ölən azərbaycanlıların kimlikləri bəlli oldu - RƏSMİ
"Barselona" Yamala şərt qoydu
"Fənərbağça"da Aziz Yıldırımın ilk transferi
Ronaldu antirekordunu təkrarladı
TƏCİLİ: Qazaxın 4 kəndi Azərbaycana bu tarixdə qaytarıla bilər
Dünya birjalarında qızıl və gümüş ucuzlaşıb
"Paşinyanın qələbəsi Rusiyanın təsirinin zəiflədiyini göstərir" - Ekspert
Azərbaycan futbolunun əfsanəsi baş məşqçi postuna gətirildi
Ermənistanda seçki: Zəngəzurdakı nəticə şok edir – TƏCİLİ
Bank Respublika "Ağır ol, qazan!" lombard kredit kampaniyasına start verdi
"Kontakt" Qarabağa addım atır: Xankəndidə ilk mağaza açılır
SON DƏQİQƏ: Paşinyandan Putinə SƏRT MESAJ: Rusiya üçün Ukrayna SSENARİSİ
Köçəryan nəticələri tanımır: "Səngəri tərk etməyəcəyik"
CHP-dən növbəti zərbə: İmamoğlu və Özəl silindi