Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq

Biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq"Bilirsiniz, müharibədən sonra şəhid ailələri ilə, veteranlarla, qazilərlə çoxsaylı görüşlərim olub. Hər bir görüş bir daha xalqımızın böyüklüyünü göstərir. Çünki öz oğlunu, həyat yoldaşını, qardaşını itirmək böyük faciədir. Ancaq bu, xalqımızın iradəsini sarsıtmadı. Biz Mahir kimi qəhrəmanlar hesabına bundan sonra qəhrəman və müzəffər xalq kimi əbədi yaşayacağıq".
azxeber.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Bakının Sabunçu rayonunda şəhid ailələri və müharibə əlilləri üçün yeni yaşayış kompleksinin açılışında çıxışı zamanı bildirib.
"Yenə də deyirəm, biz Birinci Qarabağ müharibəsini də heç vaxt unutmamalıyıq, şəhidləri unutmamalıyıq. O vaxt onlar şəhid oldular, amma torpaqlar da getdi. Bu dəfə şəhid oldular, amma torpaqlar qayıtdı. Fərq budur və təsəlli bu ola bilər. Əlbəttə, yaxın, doğma adamın itirilməsi yarası heç vaxt sağalmayacaq. Amma həyat davam edir və davam edəcək.
İndi torpaqların yenidən qurulması işinə start vermişik. Azad edilmiş torpaqlarda, indi yaradılan binalarda, evlərdə, məktəblərdə, xəstəxanalarda, o binaların hər bir daşında şəhidlərimizin əbədi təsviri həkk olunub. Onlar bu torpaq üçün həlak oldular, Vətəni hər şeydən üstün tutdular. Bir daha demək istəyirəm, həm Aprel döyüşləri zamanı, həm İkinci Qarabağ müharibəsində Mahir əsl vətənpərvərlik göstərmişdir. İndi onun xatirəsini yaşatmaq, onun övladını dəyərli vətəndaş kimi böyütmək yəqin ki, sizin üçün əsas məsələdir. Dövlət üçün də əsas məsələdir. Dövlət şəhid ailələrinin problemlərinin həlli üçün əlindən gələni edir və edəcək. Bu haqda çox danışmaq istəməzdim. Bu, bizim borcumuzdur və sizin həyatınız, yaşayışınız daim diqqət mərkəzində olacaqdır", - dövlət başçısı vurğulayıb.

Sosial     Baxılıb: 409   Tarix: 02 may 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

"SABAH.city"-də ali təhsil müəssisələri üçün yaradılacaq imkanlar müzakirə edildi

Aprelin 29-da Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkında "SABAH.city" innovasiya şəhərciyində yerləşəcək ali təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. xəbər verir ki, görüşdə Elm və Al

Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq

Təmir-quraşdırma işlərinin aparılması məqsədilə paytaxtın Sabunçu və Suraxanı rayonlarının bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq. "Azəriqaz"dan -a verilən məlumata görə, Sabunçu və Suraxanı rayonlarınd

Azərbaycanda pensiya yaşı aşağı salına bilərmi? - MÜHÜM AÇIQLAMALAR

Azərbaycanda son dövrlərin ən çox müzakirə edilən və vətəndaşlar arasında ciddi narazılıq doğuran mövzularından biri də pensiya yaşıdır. Sosial şəbəkələrdə və ictimai platformalarda pensiya yaşının aşağı salınması ilə bağl

Məhsulların rayonlardan ucuz alınıb, Bakıda baha satılmasına səbəb nədir?

Rayonlarda kəndli və fermerlərin məhsullarını ucuz qiymətə satmasına baxmayaraq, paytaxt Bakıda eyni məhsulların daha yüksək qiymətə təklif olunması bazarda qiymət fərqinin yaranmasına səbəb olur. Bu fərq əsasən daşınma xərcləri

İranda dollar tarixi rekorda imza atdı

İranın azad bazarında 1 dollar 171 min tümənə qalxıb. xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb. Məlumata görə, bu gün səhər saatlarında 1 ABŞ dolları 171.00 tümənə satılıb ki, bu da tarixi rekorddur

Kamran Əsədovla bağlı YENİ XƏBƏR

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitələrin keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-ya istinadən xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovu

Bu meyvə və tərəvəzləri alarkən diqqətli olun

Yaz fəslinin gəlişi ilə bazarlarda və marketlərdə meyvə-tərəvəz bolluğu yaranır. Çiyələk, alça, xiyar, pomidor, göyərti və digər mövsüm məhsulları alıcıların diqqətini çəkir. xəbər verir ki, mütəxəssislər xəbərdarlıq edi

Azərbaycanlı sahibkar otel kompleksini 265 milyona satışa çıxardı

Rusiyanın Kurqan şəhərində Azərbaycan mətbəxi təqdim edən restoran-otel kompleksi satışa çıxarılıb. Müəssisəsinin azərbaycanlı sahibi hazır biznesi 265 milyon rubl dəyərində qiymətləndirib. Elana görə, kompleksə 30 otel otağ

İnsan hansı yaşda ən xoşbəxt olur?

İnsanlarən hansı yaşda ən xoşbəxt və həyatdan razı olduğu açıqlanıb. -a istinadən xəbər verir ki, 47 yaşında insanlar özlərini ən xoşbəxt və ən sağlam hiss edirlər. Mütəxəssislər bunu sağlamlığa, özünəinam və yeni həyat prioritetlərin


azerbaycan xeberleri yeni xeberler son xeberler xeberler bugun sonxabar az krminal bu gun krimnal xeber