Biz pula görə sənətimizi alçaldan, satan adamlar deyilik' - Hüseyn
Musiqiçi Hüseyn Məhəmmədoğlu Orxan Lökbatanlı ilə aralarındakı qalmaqala aydınlıq gətirib.
azxeber.com xəbər verir ki, "İncə səhər" verilişində qonaq olan Hüseyn səsləndirdiyi fikirlərin arxasında olduğunu bildirib.
O, bir daha Orxan Lökbatanlını bayağı müğənni adlandırıb:
"Orxan Lökbatanlı mənim çox yaxın və əziz dostumdur. O, çox gözəl şairdir. Fitri istedadlı dahidir. Amma onun mahnı oxumağı biabırçılıqdır. Mahnılarının hamısı bayağıdır. Bunu Orxanın özünə də deyirəm. Vəfa Şərifova da Orxana dəstək olmaq üçün guya, deyir ki, "Hüseyn özü sənətdə nə edib ki?". Vəfanı da qınamıram o da illərdi nəysə etməyə çalışır. Vallah, sənətdəki 20 ilimi qoyuram kənara, bir "Zəngəzur yallısı" proekti mənim üçün bəsdir. İyunun axırı musiqi tam hazır olacaq, sentyabrda da klipi çəkiləcək".
Hüseyn aktrisa olan xanımı Ayselin də müğənnilik etməsini qınayanlara cavab verib:
"İndi hamı deyir ki, Hüseynin öz yoldaşı da oxuyur. Aysel konservatoriyanı bitirib, o oxuya bilər. Amma toylara getməyəcək, gedənlərə də pis baxmıram. Biz pula görə sənətimizi alçaldan, sənəti pula satan adamlar deyilik. Bunu etməmişəm, etməyəcəm də".
Xatırladaq ki, Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə Lökbatanlının onunla bağlı "Hüseyn bunları reklam üçün edir" başlıqlı açıqlamasına "Mən doğrunu söyləyirəm. Orxan, sənin yazdığın şeirlər mükəmməldir. Qardaşım, Allah səni var eləsin. Mahnıların isə təmiz zibillikdir" sözləri ilə şərh yazıb.
Aysel

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Ödənişli yolda yük maşını aşdı - Ölən var
İstanbulda ölənlərin sayı 4 nəfərə çatdı
Paşinyan razılaşmaya əməl edəcəkmi? - Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi
Sülh müqaviləsinin imzalanacağı tarixi açıqladı
Ermənistanla bağlı qətnamələr 30 il niyə icrasız qaldı? – Politoloqdan AÇIQLAMA
Ferhat Göçer Bakıda konsert verəcək
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Hilari Suonk 52 yaşında 3-cü dəfə ana olacaq
Azərbaycan məşhur yapon serialında - Foto
Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan altı il ötür