"Biz sizi izləyirik": Britaniya Xarici İşlər Nazirliyi rus oliqarxlarına hücum hazırlayır
Böyük Britaniyanın xarici işlər naziri Liz Trass sanksiyaya məruz qalacaq rus oliqarxlarının yeni siyahısını hazırlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Trass məhdudiyyətlərin önümüzdəki həftələrdə daha da çox kleptokratlara şamil ediləcəyini deyib: "Biz sizi izləyirik."
O əlavə edib ki, Londonun hüquq firmalarından hökuməti təhdid etmək üçün istifadə edən Vladimir Putin rejimi ilə əlaqəli olan varlı adamların "gizlənəcək yerləri olmayacaq".
Bu həftə Baş nazir Boris Conson "Rusiyanın indiyə qədər görmədiyi ən böyük və ən sərt iqtisadi sanksiyalar paketini" açıqlayıb. Bu günə qədər səkkiz oliqarx, o cümlədən 100-dən çox fiziki və hüquqi şəxs və törəmə şirkət dondurulub və onların səfərinə qadağa qoyulub.
Bundan əlavə, Britaniya yaxın vaxtlarda Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edəcək. Bundan əvvəl Avropa İttifaqının Putin və Lavrovun aktivlərinin dondurulmasına razılıq verdiyi bildirilirdi.
Sevinc Paşayeva,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
Vuçiç istefa verdi
Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti
Ərdoğan İlham Əliyevə zəng etdi
Xaçmazda avtomobillər toqquşdu - Yaralılar var
Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq
Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR