"Bizə şərt qoydular, bəyanatı Bakıya göndərdik" - Həmin gün AŞPA-da nə baş verib?
"Nə özümü, nə də nümayəndə heyətini müdafiə etmək kimi niyyətim var. Nə desəm, qərəz yaranacaq. Amma demək istəyirəm ki, Azərbaycan nümayəndə heyəti AŞPA-da ən fəal nümayəndə heyətlərindən biridir. Fəallıq reytinqində Azərbaycan 3-cü yerdə idi. Qərarın bizdən qaynaqlanan və bizdən qaynaqlanmayan səbəbləri var. İnsan haqları, demokratiya və s. məqamlar var. Oktyabr ayında qəbul ediln qətnamədə Azərbaycana həyasızcasına böhtan atılıb. Etnik təmizləmə, Laçın dəhlizini bağlamaq, dini azadlığa qədər çeşidli böhtanlar atılıb".
KONKRET.az xəbər verir ki, bu fikirləri Sevinc Telmanqızının təqdimatında TV Musavatın efirində yayımlanan "Canlı debat" verilişində millət vəkili Erkin Qədirli deyib.
O bildirib ki, millət vəkili kimi hər zaman seçki, siyasi məhbuslar və s. barədə məsələləri həm komitə iclaslarında, həm də AŞPA-da səsləndirib:
"Bu məsələlərə görə nəinki Azərbaycan nümayəndə heyətinin səlahiyyətini dayandırmaq, Azərbaycanı üzvlükdən də çıxara bilərdilər. Bunun üçün kifayət qədər əsas var idi. Əsas məsələ zamanla bağlıdır. Niyə qərar məhz indi verildi? Birincisi, qərarın Qarabağda əldə olunan qələbə ilə əlaqədar olması doğrudur. AŞPA-da bu qələbəni həzm edə bilməyənlər çoxdur. Qarabağda ermənilər yaşadığı müddətdə qələbəyə dözümlü yanaşırdılar. Hətta rus sülhməramlılarının gəlişini alqışlayanlar var idi. Onlar Cənubi Qafqazdakı məsələlərdə Rusiya ilə əlbirdirlər. Sentyabrda keçirilən anti-terror tədbirləri, ardınca ermənilərin Qarabağı tərk etmək qərarını həzm edə bilmədilər. Bu onların iç üzünü göstərdi. Ötən il iki qətnamə qəbul edildi. Öncə Laçın dəhlizi, daha sonra Ağdam yolu ilə bağlı ittihamlar səsləndi. Heç bir haqlı arqumentimizi qəbul etmirdilər. İkinci biabırçı qətnaməyə 60-dan çox düzəliş verdik".
E.Qədirli qeyd edib ki, qərarın qəbul edilməsinin əsas səbəbi növbədənkənar prezident seçkisi ilə bağlıdır:
"Biz məsələnin bu həddə gələcəyini gözləyirdik. Məhz 19 sentyabr əməliyyatına görə səlahiyyətlərimizin sorğulanacağı gözlənilirdi. ATƏT-in dəvət olunması, AŞ-nin isə dəvət olunmaması onları çox acıqlandırıb. Bizə dedilər ki, AŞPA-nın nümayəndə heyətini seçkini müşahidə etmək üçün çağırın, qərarı səsverməyə çıxarmayaq. İlkin qərarı özümüz verdik lakin bəyanatın mətni Bakıya göndərildi və son variant Bakıdan gəldi. Bir sözlə, nümayəndə heyətinin qərarı rəsmi Bakı ilə razılaşdırılıb. AŞPA biabırçı haqsızlıq etdi".Musavat.com

"ƏDV geri al" mexanizmi bütün konsert növlərini əhatə edəcək
Azərbaycanda bu fond ləğv olunur
Bakıda bundan toplanan haqq dövlət büdcəsinə ödəniləcək
Gənc iş adamı toyda qəfil öldü - Foto
Ted Kruz: "Texas mavi ştata çevrilib, amma bu, belə davam etməyəcək"
Bir neçə cinayətə görə axtarışda olan 74 yaşlı qadın həbs edildi
İran ordusunun zabiti öldürüldü
KTMT-də iştirak etməkdə maraqlı deyilik - Paşinyan
Oğlu öldürülən qadın gəlinini bağışladı, məhkəmə cəzasını azaltdı
Ağır məğlubiyyət: Respublikaçılar Trampdan siyasi kursunu dəyişməyi tələb edir
Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?
Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident
Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu
Azərbaycan Hava Yolları gələcəyin texniki mütəxəssislərini yetişdirir - FOTOLAR