"Bizi bir-birimizə qırdıracaqlar" - Qan töküləcək

"İsrailin Fələstin, Livan və Suriyada müsəlmanlara qarşı törətdiyi bütün cinayətlərin arxasında duran, onu işğal və soyqırımla öz ərazilərini genişləndirməyə həvəsləndirən əsas güc, şübhəsiz ki, ABŞ-dir".
KONKRET.az xəbər verir ki, bunu politoloq Elxan Şükürlü qeyd edib.
O bildirib ki, ABŞ-nin dəstəyi olmasa, İsrail bir günün içində məğlub olar:
"ABŞ-nin Yaxın Şərqdə – 11 müsəlman ölkəsində yerləşdirdiyi 50-yə yaxın hərbi bazasının əsas missiyası həm bu ölkələrin Qərbə xidmət edən hakimiyyətlərini, sülalə rejimlərini qorumaq, həm də İsrailin təhlükəsizliyini təmin etməkdir. Həqiqətən, ABŞ-ın dəstəyi olmazsa, İsraili bircə gün içərisində məğlub edərlər! Hazırda 60 min nəfərdən çox amerikalı hərbçinin xidmət keçdiyi bu bazalar enerji qaynaqlarıyla zəngin və əsas nəqliyyat arteriyalarına sahib İslam coğrafiyasını nəzarətdə saxlayacaq hərbi-siyasi əməliyyatların hazırlandığı, icra və koordinasiya edildiyi, eyni zamanda İsraili informasiya ilə təchiz edən və müsəlmanların hücumlarından qoruyan əsas mərkəzlərdir. Özünü müsəlman sayan, İslam dininə xidmət etdiyini deyən ölkələr, ilk növbədə, iradə göstərərək, ərazilərindəki ABŞ hərbi bazlarının fəaliyyətinə son qoymağı, torpaqlarından çıxarmağı bacarmalıdırlar! Nə qədər ki bu bazlar müsəlman ölkələrinin ərazisindədir, nə dinimizin, nə də evimizin sahibi özümüz ola biləcəyik – ya özləri beləcə ümmətimizin qanını tökəcək, ya da bizi onilliklər boyu bir-birimizə qırdıraraq, hökmranlıqlarını sürdürəcəklər! Bir dəfə yazmışdım, indi təkrar xatırladıram: bütün günü "haqq məzhəb bizik" davası aparanlar bir dönüb ABŞ hərbi bazlarının yerləşdiyi müsəlman ölkələrin siyahısına baxsınlar və yalnız bundan sonra danışsınlar. Bu, hələ açıq mənbələrdə – müxtəlif media qurumlarının araşdırmalarında ABŞ hərbi bazaları haqqında yer alan məlumatlardır".
Ekspert ABŞ hərbi bazasının yer aldığı müsəlman ölkələrinin də adını qeyd edib:
"1. Qətər – ABŞ-nin ən böyük və müasir texnologiyalarla təchiz edilmiş "Əbu-Udeyd" hava bazası və "Əs-Seyliyə" düşərgəsi burada yerləşir, 13 mindən çox hərbçinin xidmət keçdiyi bildirilir;
2. Bəhreyn – ABŞ-nin Yaxın Şərqdəki Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığı və 5-ci hərbi dəniz donanması, eləcə də 3-cü ABŞ Ordusu Qərargahı burada yerləşir, "Şeyx İsa" və "Məhərrəq" bazalarında 9 min amerikalı hərbçinin xidmət keçdiyi deyilir;
3. Küveyt – Say etibarilə ən çox amerikalı hərbçi bu ölkədə yerləşib. "Əli əl-Salem", "Əhməd əl-Cabir" hava bazalarında, "Arifcan", "Vatansever" və "Buehrinq" düşərgələrində 15 mindən çox amerikalı hərbçinin xidmət keçdiyi deyilir;
4. Səudiyyə Ərəbistanı – 2022-ci ildə Ər-Riyadın yaxınlığındakı "İskan" qəsəbəsində modern hərbi təhsil missiyası adı altında 2700 amerikalı hərbçinin yerləşdirildiyi deyilir;
5. Birləşmiş Ərəb Əmirlikləri – "Əl-Zəfra" bazası və "Cəbəl Ali" limanında 5 minə qədər amerikalı hərbçinin olduğu bildirilir;
6. Misir – Qahirənin qərbində ABŞ hərbi hava bazası yerləşib, şəxsi heyətin sayı barədə məlumat verilmir, daha çox yanacaq təminatı üçün istifadə edildiyi deyilir;
7. Suriya – İŞİD-lə mübarizə adı altında son illər burada ABŞ-ın 18 hərbi bazasının və düşərgəsinin qurulduğu, 2000 amerikalı hərbçinin xidmət keçdiyi bldirilir;
8. İordaniya – "Muvaffak əl-Salti" bazasında 3 minə yaxın amerikalı hərbçinin olduğu deyilir;
9. İraq – 9 hərbi bazada 6 mindən çox amerikalı hərbçinin olduğu deyilir. "Victory", "Taci", "Habaniyyə", "Eynül-Əsəd", "Beled", Kərkükdə "K-1" və Mosuldakı "Geyyara", Ərbildəki "Ərbil" və "Hərir" bazaları amerikalıların istifadəsindədir;
10. Oman – bu ölkədə amerikalıların 600 nəfərdən çox hərbçisinin olduğu bildirilir;
11. Türkiyə – NATO üzvü olan Türkiyənin 16 nöqtəsində ABŞ Silahlı Qüvvələrinə aid hərbi bazanın oduğu və bu bazlarda 1800 (bəzi mənbələrdə 2500) nəfərə yaxın amerikalı hərbçinin olduğu deyilir. ABŞ-nin Türkiyədəki ən böyük hərbi bazası isə Adana və İzmirdə yerləşir".

Siyasi       Tarix: 11 oktyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiya Prezidenti Vladimir Putin və ya xarici işlər naziri Sergey Lavrovun ona zəng edəcəyi təqdirdə telefon danışığı aparmağ

Hakan Fidanın bugünkü səfərinin rəmzi mənası var

Hakan Fidanın bu səfəri Azərbaycan-Türkiyə qardaşlıq tarixinin başqa önəmli bir günü ilə üst-üstə düşür. KONKRET.azAPA-ya istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Bakıd

Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – "Bu, tarixi ənənənin davamıdır"

Azərbaycan həm Qafqazın, həm də Türk dünyasının ayrılmaz hissəsi kimi regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Ölkənin yerləşdiyi strateji coğrafiya, tarixi-mədəni bağları və həyata keçirdiyi siyasət onu Qafqazl

Prezident Bakıda keçirilən beynəlxalq konfransın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "Auditin inkişaf mərhələləri: uyğunluqdan strateji tərəfdaşlığa və etimada gedən yol" mövzusunda beynəlxalq elmi-praktik konfransın iştirakçılarına müraciət ünvanlayıb. xəbər verir ki, müraciətd

TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa

Türk Dövlətləri Təşkilatının (TDT) təhlükəsizlik gündəliyinin son illərdə sürətlə genişlənməsi artıq ayrı-ayrı görüşlərin və siyasi bəyanatların çərçivəsindən çıxaraq, təşkilatın gələcək institusional inkişafının əsas istiqamətlərində

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir

Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir. Bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimi

Zelenskidən önəmli açıqlama: İkinci həmlə edildi

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin indiki məqamda müharibənin bitməsinə qərar verməsinin rus ordusunda mübahisə doğuracağını bildirib. "Putin əsgərlərin qəzəbli şəkildə geri qayıdı

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu


son xeberler azerbaycan xeberleri yeni xeberler son xəbərlər xeberler bugun son xeberler az xabar az