Blinken Prezident İlham Əliyevə zəng etdi

Blinken Prezident İlham Əliyevə zəng etdiAmerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4 700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır.
Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb.
Prezident İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü – martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib.
Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib.
Dövlətimizin başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.
Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək.
Dövlətimizin başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.

Siyasi     Baxılıb: 354   Tarix: 21 mart 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Türk dili Almaniyada ikinci dil oldu

Alman dilindən başqa dillər arasında türk dili alman evlərində ən çox danışılan dilə çevrilib. . bildirir ki, Federal Statistika İdarəsinin 21 Fevral Beynəlxalq Ana Dili Günündə açıqladığı məlumatlara görə, 2024-cü il statistikasın

Üçtərəfli danışıqlar bitdi

Cenevrədə Ukrayna münaqişəsinin həlli üçün Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların ilk gününün siyasi hissəsi başa çatıb. xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb. Danışıqlar dörd saatda

İranın yol və şəhərsalma naziri Azərbaycana gəlir

22 fevralda İranın yol və şəhərsalma naziri və Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının İran tərəfindən sədri Fərzanə Sadeq Azərbaycana səfər edəcək. xəbə

Vardanyana 20 illik həbs hökmü həm hüquqi, həm də siyasi baxımdan mühüm qərardır" - Deputat

"Bakı Hərbi Məhkəməsinin Ruben Vardanyan barəsində çıxardığı 20 illik həbs hökmü həm hüquqi, həm də siyasi baxımdan mühüm qərardır". Bu sözləri -a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiyay

II Qareginin qardaşı və qardaşı oğlu ev dustaqlığına buraxılıb

Katolikos II Qareginin qardaşı Qevork Nersisyan və onun oğlu Ambarsum Nersisyan ev dustaqlığına buraxılıb. KONKRET.azxəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Məlumata görə, Qevork Nersisyan və Ambarsu

Tramp Rusiyaya qarşı sanksiyaları gecikdirir

ABŞ-da Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin Konqresdə səsverməyə çıxarılması gecikdirilir. Bu prosesin əsas səbəbi kimi Prezident Donald Trampın mövqeyi göstərilir. Bu barədə Semafo

Azərbaycanlı xanımın gürcü baş nazirə dəhşətli məktubu yayıldı

Gürcustan vətəndaşı olan azərbaycanlı fəal Samirə Bayramova İrakli Kobaxidzeyə açıq məktub yazıb. -a istinadən xəbır verir ki, sosial şəbəkələrdə geniş yayılan və müzakirələrə səbəb olan məktubu təqdim edir:. "Əslind

Cenevrədə Ukrayna, Rusiya və ABŞ arasında danışıqlar başa çatdı

Cenevrədə Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb. Bu barədə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski bildirib. Onun sözlərinə görə, təxminən iki saat davam edən danışıqlar çətin, lakin işgüzar olub

Azərbaycan lideri Qambiya Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Qambiya Respublikasının Prezidenti Adama Barrouya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, məktubda deyilir:. "Hörmətli cənab Prezident,. Qambiya Respublikasının milli bayramı – Müstəqillik Gün


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun 2026 muharibe xeberlər cəbhədən canlı en sonxeber