BMT kənardan müşahidəçi statusunda prosesləri izləyib' - Deputat

BMT kənardan müşahidəçi statusunda prosesləri izləyib' - DeputatAzərbaycan Prezidenti İlham Əliyev Bişkekdə keçirilən "ŞƏT plyus" formatında görüşdə çıxış edib. Dövlət başçısı çıxışı zamanı Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesinə və BMT Təhlükəsizlik Şurasının bu istiqamətdə qəbul etdiyi qətnamələrə toxunub.
Prezident bildirib ki, Birləşmiş Millətlər Təşkilatı Azərbaycan və Ermənistan arasındakı münaqişənin nizamlanmasına dair qətnamələrin icrasında heç bir rol oynamayıb.
İlham Əliyev qeyd edib ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam olaraq özü bərpa edib. Prezident vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icra olunması müvafiq mexanizmlərin işlənib hazırlanmasını tələb edir. Dövlət başçısı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən qərarların icrasının təmin olunmasının vacibliyini diqqətə çatdırıb.
Milli Məclisin deputatı Elman Nəsirov azxeber.com-a açıqlamasında deyib ki, BMT öz qəbul etdiyi qərarların icrasına selektiv yanaşır:
"Prezidentin çıxışında toxunduğu məsələlərdən biri də Birləşmiş Millətlər Təşkilatının müasir təhlükəsizlik sistemində tutduğu yerlə bağlı məqamlar oldu. Cənab Prezident qeyd etdi ki, Birləşmiş Millətlər Təşkilatı Ermənistan-Azərbaycan arasında münaqişənin nizamlanmasına dair qətnamələrinə əməl edilməsini təmin etməyib. Halbuki BMT Nizamnaməsinin 25-ci maddəsində aydın şəkildə yazılıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qərarların icrası məcburidir. Yəni BMT öz qəbul etdiyi qərarların icrasına selektiv yanaşır. Məsələn, BMT tərəfindən Liviyada Müəmmər Qəddafi rejimi əleyhinə qətnamə qəbul edilib və ardınca Liviya bombalanır. Ancaq BMT bizim münaqişə ilə bağlı isə öz qətnamələrinin 30 ildən çox müddət ərzində kağız üzərində qalmasına dözüb və heç bir bu istiqamətdə addım atmayıb".
Deputat qeyd edib ki, İlham Əliyevin fikirləri çox önəmlidir:
"İlham Əliyevin bu mövzuda fikirləri çox önəmlidir. Cənab Prezidentin çıxışında əsas məsələlərdən biri də o oldu ki, Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam və qəti şəkildə bərpa edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrini biz icra vəziyyətinə gətirmişik, hərbi gücümüzdən istifadə edərək bunu etmişik. BMT sanki kənardan müşahidəçi statusunda prosesləri izləyib. Dövlətimizin başçısının çıxışının əsas tezislərindən biri o oldu ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin qısa müddətdə icra olunması ilə bağlı müvafiq mexanizmlərin işlənib hazırlanmasına böyük ehtiyac var və bu istiqamətdə mütləq əməli addımlar atılmalıdır".
Şahanə Ziyad

Siyasi       Tarix: 04 sentyabr 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gecə saatlarında Zəngəzura girdilər – Şad xəbər açıqlandı

Ermənistan və ABŞ nümayəndə heyətləri TRIPP proqramı çərçivəsində Ermənistanın Sünik (Zəngəzur) bölgəsinə birgə səfər ediblər. KONKRET. -a istinadən xəbər verir ki, səfərdə Ermənistan Xarici İşlər Nazirliyinin rəsmiləri il

Heydər Əliyev Mərkəzinin binası üzərinə Özbəkistan bayrağı proyeksiya olunub - FOTO

Bakıda Heydər Əliyev Mərkəzinin binası Özbəkistan bayrağının rəngləri ilə işıqlandırılıb. Bu təşəbbüs sentyabrın 1-də qeyd olunan Özbəkistan Respublikasının Müstəqillik Günü ilə əlaqədar həyata keçirilib. -ın əməkdaşını

Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 31-də Qırğızıstanın paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü keçirilib.   xəbər veri

Ermənistan ruslara viza tətbiq etsə... - Zaxarova

Ermənistan Rusiya vətəndaşları üçün viza rejimi tətbiq etsə, ilk növbədə özünə zərər vuracaq. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib. "Ermənistan viza tətbiq etsə, bunu bizə deyil, öz vətəndaşların

Taylanda getmək istəyən azərbaycanlılara xoş xəbər

Azərbaycan vətəndaşları Taylanda vizasız gedə biləcəklər. -un əldə etdiyi məlumata görə, 15 sentyabr 2026-cı ildən etibarən Azərbaycan vətəndaşları Taylanda səfər edərkən əvvəlcədən viza almaq məcburiyyətində qalmayacaqlar

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. xəbər verir ki, nümayəndə heyətin

Bişkekdə ŞƏT-in növbəti sammiti keçirilir - CANLI

Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində iştirak edən dövlət və hökumət başçılarının rəsmi qarşılanma mərasimi keçirilir. . xarici mətbuata istinadən xəbər verir ki,  mərasim  "Yrys Ordo" Konqre

Prezident To Lamı təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi, Vyetnam Sosialist Respublikasının Prezidenti To Lamı Müstəqillik Günü münasibətilə təbrik edib. təbrikin mətnini təqdim edir:

Prezidentin sosial media hesablarında Qırğızıstan səfəri ilə bağlı - Paylaşım

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Qırğızıstana işgüzar səfərlə bağlı videoçarx paylaşılıb. paylaşımı təqdim edir:


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeberler metbuat xeber.az son xeberler sonxabar az